cümə axşamı, 9 dekabr 2021

Yeni iPAD 3-4 aya təqdim olunacaq

2299

"DigiTimes" qəzetinin Apple təchizatçılarına istinadən yazdığı xəbərə görə 3-4 ay içində yeni Apple iPad müştərilərə təqdim olunacaq. Hal-hazırda lazımı detalların hazırlanması, OEM podratçılarına çatdırılması üzərində iş gedir. Mənbənin məlumatına görə iPad 2 4-cü rübə 14-15 milyon ədəd istehsal planlaşdırır, lakin 2012-ci ilin 1-ci rübündə bu rəqəm 4-5 milyona salınacaqdır. Səbəb isə yeni iPad-ın buaxılışına zəmin hazırlamaqdır. Artıq "Foxconn Electronics" yanvar ayında yeni iPad istehsalına başlaycaq, fevraldan isə istehsal gücünün artırılması planlaşdırılır. 2012-ci ilin I rübünə yeni iPad istehsalının isə 9.5-9.8 milyon ədəd oalcağı gözlənilir. Mənbənin məlumatına görə isə 2011-ci ilin ilk 3 rübü ərzində ümumən iPad satışı 25 milyon ədəd olmuş, ehtimal olunur ki, 2011-ci ili İpad 40 milyon ədəd satışla başa vursun.


 

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik