Birliyə Doğru” İctimai Birliyinin həyata keçirdiyi “Sosial məsuliyyət və SƏN 2” adlı müsabiqədə Azərbaycanda yeni qurulmuş JCİ (Junior Chamber International) Azərbaycan təşkilatının təşəbbüs heyəti də iştirak edir .


JCİ-çılar müsabiqəyə sosial məsuliyyətin əsas qaynağı olan könüllülüyün insanlara çatdırılması uğuruna və QHT gəncləri ilə tələbələr arasında inteqrasiya körpüsünü yaratmaqla aktiv gənclərin sayını artırmaq və cəmiyyətə daha çox fayda verə bilmək uğuruna mübarizə aparırlar. JCİ Azərbaycan müsabiqədə “Cəmiyyətə, xüsusilə gənclərə könüllülük prinsipini aşılamaq və QHT gəncləri ilə tələbələr arasında inteqrasiya körpüsü yaratmaq və inkişaf etdirmək” ideyası ilə qatılmışlar və ideyanın reallaşdırılması üçün tərbiyəvi, əyləncəli və düşündürücü sosial aksiya, sosial çarx, seminar, art proyektlər, uşaq evlərində keçiriləcək şənliklərlə könüllülük prinsipini aşılayacaqlar. Aksiyalar Gəncədə, Sumqayıtda və Bakı şəhərinin əhalinin sıx olan və daha çox fiziki və mənəvi dəstəyə ehtiyacı olan məkanlarında həyata keçiriləcək. Aksiyaların və sosial çarxın həyata keçirilməsi ilə JCİ-çılar cəmiyyətə “ Hər birimizin içindəki pozitiv enerjini, şəfqəti, sevgini və məsuliyyəti çatdırmaq üçün heçdə pula ehtiyacımız yoxdur” mesajını çatdıracaqlar. Bu fəaliyyətlə Könüllü gənclərimiz insanlara yaşadığımız mühitin və cəmiyyətin bizim üçün nə qədər dəyərli və vacib olduğunu aşılayacaqlar.


Layihənin əsas məqsədi Könüllü olaraq sosial məsuliyyətini qavrayan, cəmiyyətə, ətraf mühitə fayda verəcək insanları kəşf etmək və tələbələrin QHT gəncləri ilə birgə işləməsini təmin etməklə onların özlərinə və cəmiyyətə faydalı ola biləcəklərini aşılamaqdır. Aksiyalarda 50-dən cox JCİ-çı və Flashmoberlər iştirak edəcək.


Layihə çərçivəsində Facebook eventlər yaradılaraq JCİ-çılar gəncləri uğura imza atmış QHT gənclərinin səsi ilə SOS Uşaq Kəndinin idarə heyyətinin üzvü Günel Səfərovanın “Sosial məsuliyyət nədir və nə üçün hamımız üçün zəruridir” mövzüsünda dəyərli düşüncələrini paylaşdığı seminara dəvət edəcəklər. Eyni zamanda Dünya Korperativ Sosial Məsuliyyət şəbəkəsinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbələr arasında ən çox sevilən, müasir düşüncəli, dinamik müəllimi və eynilə JCİ-çı Dr. Fariz Əhmədovun çıxışı ilə seminar keçiriləcəkdir. Seminar Dekabr ayının 18-i saat 12:00-da Birliyə Doğru Təşkilatının ofisində baş tutacaq.


JCİ-çılar tələbələrlə birgə sosial məsuliyyətlilər ordusu təşkil edərək uşaq evlərinin birinə ziyarət edərək onlara hədiyyə və ərzaqla sevindirərək inanılmaz yeni il əhval-ruhiyyəsi yaşadacaqlar.