"Samsung" şirkəti "Galaxy Grand" smartfonunu təqdim edib. Cihaz 800×480 piksel təsvir ölçüsünə malik 5 düymlü ekranla, 1.2 QHs takt tezliyində işləyən ikinüvəli prosessor, 2 ədəd kamera (8 meqapikselli əsas və 2 meqapikselli ön) ilə təchiz edilib.


"Samsung Galaxy Grand", həmçinin 1 QB əməli yaddaş və 8 QB daxili yaddaş, "microSD" slotu, "Bluetooth 4.0", "GPS/QLONASS" və "Wi-Fi" modulları, 2100 milliamper/saat tutumunda akkumulyator, akselerometr və jiroskopla təchiz olunub. Smartfonun ölçüləri 144×77×9,6 millimetr, çəkisi 162 qram təşkil edir.

Aparata "Android 4.1.2" mobil əməliyyat sistemi quraşdırılıb. "Samsung" şirkəti aparatın qiyməti və çıxarılma tarixi barədə məlumat verməyib.