M seriyası çipləri ilə əhəmiyyətli uğurlar qazanan Apple, M4 çipləri üzərində işləməyə davam edir.


Facemark.az xarici mənbələrə istinadən xəbər verir ki, M4 çipli MacBook modellərinin 2024-cü ilin sonunda təqdim oluna biləcəyini bildirib. 2024-cü ilin sonunda görünməsi gözlənilən iki fərqli M4 çip Mac modeli var. Bu modellərdən birincisi 14 düymlük MacBook Pro modeli olacaq.


2024-cü ildə təqdim edilməsi gözlənilən digər model 24 düymlük iMac olacaq. M4 çipinə sahib olacağı gözlənilən digər Mac modelləri 2025-ci ilin ilk aylarında təqdim ediləcək. M4 Pro və Max çipləri ilə gəlməsi gözlənilən 14 və 16 düymlük MacBook Pro modelləri və M4 çipinə sahib olacağı gözlənilən Mac mini 2025-ci ilin əvvəlində təqdim edilə bilər.