Bilgi Texnologiyaları və Kommunikasiya Təşkilatının (BTK) rəhbəri Tayfun Acarer internet abunəçilərinin sayının 13 milyona çatdığını deyib.


Acarer 2002-ci ildə abunəçi sayının 3 min olduğunu xatırladıb və 9 ildə bu rəqəmin 10 milyon artdığını söyləyib.


Acarer 2011-ci ildə Türkiyədə sektorun 25 faiz böyüyəcəyini qeyd edib.
BTK başqanı mobil internet abunəçilərinin sayının 2011-ci ildə 5,5 milyon olduğunu söyləyib. Acarer Türkiyənin internetdən istifadədə ayda ortalama 31,7 saat ilə Avropa ikincisi olduğunu bildirib. BTK rəhbəri eyni zamanda Türkiyənin ayda 261 dəqiqəlik danışma müddəti ilə də Avropanın ən çox danışan ölkəsi olduğunu qeyd edib. Türkiyə mesajlaşmada da Avropa birincisidir.