Qardaş Türkiyə dövləti ödəmə sistemlərindəki uğuru ilə sektorun ən böyük mükafatlarından sayılan “Cartes 2011”in fəxri qonağı olub. BKM (Banklararası Kart Mərkəzi) baş direktoru Soner Canko “Tekstil və turizmdən sonra Türkiyənin 3-cü böyük markası olduq. Beynəlxalq Elektron Portmane proyektilə diqqət çəkə biləcəyik” – deyir.


249 milyard dollarlıq kart bazarı


Türkiyənin 1.95 milyon POS sayı ilə Avropa birincisi, 50 milyona yaxın kredit kartı ilə isə ikinci yerdə olduğunu xatırladan Canko, “78 milyon bank kartı ilə üçüncü, 249 milyard dollarlıq bazar böyüklüyü ilə isə altıncı sıradayıq. Bu rəqəmləri daha da böyüdərək ön sıralarda yer almaq istəyirik” deyib. BKM statistikalarına görə son 5 ildə e-ticarət göstəricilərində 60% civarında artım, e-ticarət əməliyyatları sayında isə 75% artım olmuşdur. Ödəmə sistemlərindəki uğurları ilə Türkiyə artıq bütün dünyanın diqqətini çəkir. Kartla ödəmə sistemlərində bir çox ilkin Türkiyədə başladığını qeyd edən\"\" Canko, “virtual dünyada aparılan əməliyyatları daha tez və güvənli edə biləcək yeni proyektlər hazırladıqlarını, “Beynəlxalq Elektron Portmane” adlı layihə ilə mobil ödəmə sahəsinə ayrı bir nəfəs gətirəcəyik. 2012-ci ilin ilk rübündə bununla bağlı təqdimat hazırlayacağıq. İlk öncə internetdən işə başlayıb sonradan banklara tətbiq edəcəyik. Elektron portmane beynəlxalq və operatorlardan asılı olmayan bir sistem kimi qurulacaq. Dünyada ilk dəfə bir ölkə virtual dünyada elektron portmanesini buraxmış olacaq” deyə bildirib.


Daha tez və güvənli alış-veriş


Bütün ödəmə kartlarının inteqrasiya edilərək tək bir sistem halına gətiriləcəyini deyən Canko, həmçinin “Portmanemizdə təkcə bank plastik kartları, kredit kartları yox, brend kartları da inteqrasiya olunacaq. Daha bir çox imkanlarını hələ daha sonra mediaya bildirəcəyik. Məqsədimiz internət üzərindən alış-verişin vaxtını qısaltmaq, istehlakçıya daha tez, asan və güvənli əməliyyat fürsəti verməkdir” deyib. 2012-2023-cü illər hədəflərində isə nağdsız hesablaşma dünyası və eyni zamanda təmassız kartlar dövrünü başlatmaq üçün maarifləndirmə işlərinin aparılması durur. Qeyd edək ki, dünyada və eləcə də Türkiyədə təmassız kart potensialı daha böyükdür.


Təmassız kartlar


Avropada ilk təmassız kredit kartı Türkiyədə istifadəyə verilib. Son statistikalarına görə isə Türkiyədə 3 milyona yaxın təmassız kart istifadəçisi var.