Facemark "Azlifestream"ə istinadən aşağıdakı maraqlı xəbəri Sizlərlə paylaşır. Belə ki, ölüm hər an olacaq bir şeydir. Təəssüf ki, öləcəyimiz günü bilmədiyimiz üçün tədbir də ala bilmirik. Hamımız sosial şəbəkələrdə aktiv oluruq, yeni tanışlıqlara və dostluqlara yiyələnirik. Yaxşı, öldüyümüz zaman bunu virtual dostlarımıza daha dəqiq facaebookda olan dostlarımıza necə çatdıra bilərik?

Facebook üçün yaradılmış «ifidie» tətbiqi öldükdən sonra da Facebookda bu haqda dostlarınıza bildirmək üçün hazırlanıb. Bunu video şəkilində və ya birdən çox ismarışı göndərmə təqvimi yaradaraq edə bilərsiz. Beləliklə, siz öldükdən sonra da Facebook hesabınız yaşaya bilər.

Yaxşı, Facebook sizin öldüyünüzü necə anlayacaq? Burada da tətbiqi istifadə edərkən seçəcəyiniz bir neçə etibarlı dostunuz dövrəyə girir. Bu seçilən etibarlı dostlar ölüm xəbərinizi təsdiqlədikdən sonra istədiyiniz ismarışları paylaşmağa başlayacaqlar.

Tətbiqi İsrail mənşəli şirkət olan Wilookun qurucularından Eran Alfonta evli olan iki dostunun İtaliyaya uşaqlarını götürmədən etmiş olduqları tətil əsnasında vəfat etdiklərini və arxasında qalan uşaqlarına bir şey söyləyə bilmədiklərini ifadə edir. Bu hadisə sayəsində öz uşaqlarına öldükdən sonra bir şeylər buraxmaq istədiyini söyləyən Alfonta 4 uşağının və həyat yoldaşının olduğundan bəhs edir.

Tətbiq ilə Facebook və internet üzərində də insanlara xüsusi mesaj göndərməyi aktivləşdirmək üçün çalışan şirkət hazırda tətbiqin yalnız hər kəsə açıq göndərilər üçün uyğun olduğunu söyləyir. Hər kəsə açıq göndərilərin ödənişsiz olduğu tətbiq istəyənə xüsusi mesajların ödənişli olacağını bildirir.