Marketinq biznes üçün həyati əhəmiyyətli aspektlərdən biridir. Əgər uzunmüddətli inkişaf etmək istəyirsinizsə, marketinqə lazımı qədər diqqət göstərməlisiniz. Bir çox insan marketinq haqda ən primitiv faktları belə bilmirlər. Biz sizə sadəcə beşini çatdırırıq.


1.Uğursuzluq baş verə bilər.


Əgər uğursuzluq baş verərsə ilk növbədə onu qəbul etmək lazımdır. Məhsullar və ya texnologiya köhnəlmiş ola bilər. Ancaq bu uğursuzluq nəticəsində hərəkətsiz qalmamalı, qalibiyyət üçün mübarizə aparmalısınız.


2. Şişirdilmiş məhsullar hər zaman uğurlu olmur.


Reklam hər zaman uğur qazana bilməz. Burda saysız-hesabsız məhsul var, hansı ki, çox şişirdilib, amma hələ də aradan qaldırılmır. Bu yeni yaradılmış şirkətlərdə olan səs-küyə oxşayır. Onlardan biri belə deyirdi: “Siz evinizdən lazım olan hər şeyi ala bilirsinimi?” Mətbuatın onları ələ salmalarına, tənqid etmələrinə baxmayaraq onlar milyonlar və milyardlar nəticəsində uzunmüddət fəaliyyət göstərə bilirlər. Misal olaraq, Wallmart hələ də güclüdür və fəaliyyət göstərir


3.Yaşamaq üçün böyük resurslar lazımdır.


Pul kifayət etməsə məqsədlərinizi yerdən götürə bilməyəcəksiniz. Sizin məqsədlərinizi reallaşdırmaq üçün çoxlu resurslara ehtiyacınız var. Hətta ilk satışdan əvvəl belə hər şeyi yerbəyer etməkdən ötrü pul tələb olunur.


4. Dürüstlük ödəyir.


Əgər məhsullarınızda bir problem yoxdursa və ya problem olduğu halda onu qəbul edib həll edirsinisə, sizin bazarınız həmişə müsbət tərəfə irəliləyəcək. Görünür bu inam artırır.


Bu həyata keçirilməsi çətin olan bir marketinq aspektidir. Beləliklə bəziləri ölür, bəziləri də inanılmaz uğur qazanır. Məsələn, Listerin. Vaxtı ilə Listerin də öz səhvlərini qəbul etdi. Onların buraxdığı ağızyaxalayıcısı iyrənc dadırdı, Avis bazarda ikinci olduqlarını, Volkswagen isə öz avtomobillərinin yöndəmsizliyini etiraf etdi.


5. Bazarı proqnozlaşdırmaq mümkün olmur.


Siz gələcəyi görə bilmərsiniz. Gələcək həmişə uçur. Bu o deməkdir ki, süjet planı kifayət qədər zirək olmalıdır ki, gələcəkdə baş verən dəyişikliklərə ayaq uydura bilsin. Dəyişiklik olmadan uzunmüddətli planları həyata keçirmək çətindir. Səbələr çoxdur, lakin başlıca səbəb rəqibin planlarını bilməməyiniz, texnoloji dəyişikliklərdən bixəbərliyiniz və ən əsası güclü və izahedilməz tendensiyaları nə dayandıra nədə ki, idarə edə bilməyinizdir.