bazar ertəsi, 25 oktyabr 2021

Sosial CRM Anlayışı


Səfər Aslanov


2701

Mənim Haluk Leventə çox böyük simpatiyam var. Bu təkcə rokçu kimi gözəl əsərlər yaratdığı üçün deyil həm də Türkiyəyə yeni protest mədəniyyəti gətirənlərdən olduğu  üçündür. Bu insan təbiətsevərlik və ya yoxsulluqla mübarizə məqsədilə toplaşma yerlərində konsert verirdi. İnsanlar  və fikri ilə həmrəy olanlar onu dinləyir sanki inanclarını daha da möhkəmləndirirdilər.

 

Cem Karaca insanları yalnız gözəl müsiqisi ilə deyil həm də əsərlərində azad düşüncəli insanlara özlərini ifadə etmək hüququna qoyulan məhdudiyyətlərə etiraz etməsilə insanların ürəyini fəth etmişdir. Dövlət çevrilişi nəticəsində hakimiyyətə gələn generaların onu uzun müddət təqib etməsinində əsas səbəbi elə budur.  Sözüm ona ki, etirazlar və xüsusilə kütləvi etirazlar zamanla həm forması həm də strukturu ilə dəyişir.

 

Dostlar hərdən düşünürəm ki, Sosial Medianın bu qədər aktiv olduğu dövrümüzdə münasibətlər marketinqinə əhəmiyyət verməyən və vurdumduymazlıq sərgiləyən şirkələrin heç ağlına gəlmirmi ki, narazılıqlarına etinasız yanaşan müştəriləri qruplaşıb məsələn, bir ay bu operatorun mobil internetindən istifadə etməyəcik hərəkatı başlada bilməzlərmi?

 

Filan şirkətin dərmanları zaydır, yaxud da filan klinikada insanları aldadırlar və s. və ilaxır.

 

- Heç vaxt olmaz deyirsiniz? Bilmək olmaz, heç vaxt heç vaxt deməyin.

- Maraqlıdır kökü olmayan ağacı hardan kəsəcəksiniz?

- Gölməçəsi olmayan ağcaqanadı necə öldürəcəksiniz?

 

Bu tip anti-marketinq kompaniyalarını Sizin rəqibləriniz yox, məhz müştəriləriniz başlasa sonunu düşünmək belə istəmirəm. Yəni mütləq deyik ki, rəqibiniz çıxsın və desin ki, “Parayı Buldum ve Alayınızı Maviye Boyuycam” ):

 

 - Yox qarğış eləmirəm.

 

Sədəcə müştəriləriniz Sizi Sosial Mediada izləməsi və LİKE toplanması əvəzinə Sizin onları izləsəniz daha yaxşı olmazmı? Çox istərdim ki, narazılıqların ifadə olunduğu və şikayətinin qəbul olunduğu müştəriləriniz barədə öz FB səhifələrinizdə nümayişkərananə nümunələr verəsiniz.

 

Müştərilərinizi maraqlandıra biləcək, hətta  dəyər zəncirinizdə“bottle neck” olaraq gördüyünüz, möhkəmləndirdiyiniz halqaları mətbəxdən geniş ictimaiyyətə nümayiş etdirmək Sizin yalnız xeyrinizədir.

 

Sizə özümdən 2 nümunə gətirim. Uzun zaman öncə şirniyyat şirkətlərinin birinə servis xidməti göstərən bir dostum mənə həmin məhsulların hansı  şəraitdə hazırlandığı və təmizliyin nə səviyyədə olduğu barədə danışmışdı. Şirniyyatı satan dükana daxil olduqda buna inanmaq çətin idi. Maraqlısı budur ki, ona naharı ordan təklif etsələr də adam yolun biri tərəfindəki dönəri almağı üstün tuturdu. Deyəcəksiniz ki, şirniyyatın qoxusu tutub adamı? 

 

Mc Donalds-da çalışdığım zaman xidmət standartlarının tərkib hissəsinə həm də hər 15 dəqiqədən bir (müddəti dəqiq xatırladığımdan əmin deyiləm ancaq təxmini belə idi) işçilərin əllərini dezinfeksiya etməsi idi. Bu standart istisnasız bütün nöqtələrdə çalışan əməkdaşlara şamil edilirdi. Bu yadımda qalan ən bəsit nümunədir. Əlbətdə fast-fooda mənim də öz münasibətim var. Lakin mövzumuz bu deyil. Demək olar ki, hər həftə McDonalds qonaq gəlmiş uşaqları bütün mətbəx üzrə ekskursiyasını təşkil edir. Sizcə bir zaman Shell şirkətinin etdiyini etmirmi? Şüuraltına nüfuz etmək və orda qalmaq.

 

Türkiydə "Uğur Dündar"ın qida sektorunda olan yoxlamaları işıqlandırdığı dövrlərdə İstanbulda bir çox kafelərin öz mətbəxlərini nümayiş etdirmək məqsədilə zalda monitor yerləşdirdiyi dövrü mən yaxşı xatırlayıram.

 

Dostlar, inanın mənə bir işçinizin mobil telefonundan çıxan o dadlı şirin tortların və ya burgerlərin hansı şəraitdə hazırlandığı barədə şəkil kifayətdir. Yaxud da əməkdaşlarınızın iş saatlarında nalayiq davranışlarını və öz aralarında olan bədheybət söhbətlərinin yayıldığı video Sizə rebrending etməyə bəs edə bilər.

 

Axı bizim fəaliyyətimizin qarşılığı  insanların beyinlərində yaratdığımız təəsüratdır. Bu gördüyümüz işlərin tamaından daha vacibdir. Cünki nəticə elə budur.

 

Hadisələri qabaqlamağa necə baxırsınız?

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik