FAKESTIVAL feyklərin və konsepsiyaların qəbul olunduğu ilk beynəlxalq reklam və dizayn festivalıdır. FAKESTIVAL tədbiri real sifarişçiyə malik olmayanlara ideyalar vermək və gənc peşəkarları dəstəkləmək üçün nəzərdə tutulub.FAKESTIVAL-ın sayəsində artıq bir neçə layihə öz sifarişçilərini tapmışdır və artıq onların gənc müəllifləri peşəkar mühitdə hesab olunurlar. 3-cü BeynəlxalqFAKESTIVAL (Festival of Fake Advertising and Concepts ) festivalı bu il 15-18 avqust 2013-cü il tarixində Riqada (Latviya) keçiriləcək. İşlərin təqdim olunması üçün son tarix 21 iyul 2013-cü il.



İşləri çap reklamı, reklam kampaniyaları, aydentika, video, dijital, qablaşdırma və predmet dizaynı kimi 7 nominasiyada təqdim etmək olar. Festivalın proqramı isə, 3 günlük seminarlar, master klasslar və əyləncə gecələrdən ibarətdir.




Digər bir gün “ИКР” məktəbinin müəllimlərinin rəhbərliyi altında keçiriləcək: FAKESTIVAL-da iştirak üçün veriləcək iştirakçılar real müştəri üçün yaradıcı konsepsiyaları yaradacaqlar. Həmçinin proqramda “Leonid Feyqin”iştirakçılara fitnəkar mövzuda, dairmi masada beş saatlıq interaktiv master klass keçəcək. İştirakçıları hər günün sonunda əyləncə gecələri gözləyir. Burada onlar istirahət etməklə yanaşı, münsiflər heyətinin və ekspertlərin üzvləriylə şəxsən tanış olmaq imkanından yararlanacaqlar.




Xatırladaq ki, tələbələrə təqdim edəcəkləri işlər üçün 50% endirim təqdim olunacaq. Festivalın təşkilatçısı — PUNK YOU BRANDS.



Qeyd etmək istərdik ki, Facemark.az saytı bu ilki "3rd International Festival of Fake Advertising and Concepts" festivalının da media partnyoru oldu.