Son 8 ay ərzində YouTube servisində videoçarxlara baxış sayı 25 faiz artaraq 4 milyard təşkil edib. Servisin populyarlığının sürətli artımı YouTube əlavəli smartfonların geniş yayılması ilə əlaqədardır. Hər dəqiqədə videoservisə 60 saat video yüklənir. Müqayisə üçün qeyd edək ki, bu göstərici 2011-ci ilin mayında 48 saat olub, Onliner yazır.  
Ötən ilin sonunda YouTube-un sahibi olduğu Google şirkəti videoservisin interfeysinin dizaynını dəyişib.