Çinin "Huawei" korporasiyası korpusunun qalınlığı cəmi 6,68 mm olan "Ascend P1 S" mobil telefonunu təqdim edib. Bu, dünyanın ən nazik smartfonudur.


 


"Gizmag"a istinadən bildirilir ki, smartfon CES-2012 beynəlxalq məişət elektronikası sərgisində nümayiş olunub.

"Ascend" smartfonu "P1 S" və "P1" variantlarında istehsal ediləcək. Birinci variantın akkumulyatorunun tutumu 1,67 mAs, ikinci smartfonda isə 1,8 mAs-dır.
Smartfonlar 1,5 qeqaherslik 2 nüvəli "Cortex A9" prosessoru, 4,3 düymlük "Super AMOLED" (960x540) displeyi, 1 qeqabayt operativ yaddaş və 4 qeqabaytlıq fləş yaddaşla təchiz olunub.

Smartfonların arxa kamerası 8 meqapiksel, ön kamerası isə 1,3 meqapikseldir. Onlar "Google Android 4.0 Ice Cream Sandwich" əməliyyat sistemində çalışır. "Huawei" bu smartfonların satışına apreldə başlamaq niyyətindədir.