Bunun üçün çatı açmaq, kursoru dostun adının üstünə aparıb "Listen with" düyməsini basmaq gərəkdir. Lakin servisdən yalnız "Rdio" və ya "Spotify" təki onlayn musiqi servislərində qeydiyyatdan keçmiş istifadəçilər faydalana bilərlər.

"Gizmodo"ya istinadən bildirilir ki, "Listen with" düyməsinə basandan sonra istifadəçinin dostları da onunla birlikdə həmin musiqini dinləyirlər.
Yeni funksiya tədricən reallaşdırılır və bir neçə həftə ərzində tam istifadəyə veriləcək.

"Listen with" funksiyası "Open Graph" genişləndirilmiş platformanın bir hissəsi olacaq. Facebook-un baş direktoru Mark Sukerberqin dediyinə görə, bu sistem vasitəsilə istifadəçilər şəbəkə daxilindəki mediakontentdən daha tez istifadə edə biləcək, həmin kontenti dostlarla bölüşmək imkanı əldə edəcəklər.