Appro şirkəti Yaponiyanın Tsukuba Universitetinin elmi hesablama mərkəzində güclü Xtreme-X hesablama sisteminin quraşdırılaraq işə salındığını elan edib. 
Kompleksdə Sandy Bridge-E arxitekturalı Intel Xeon E5 server prosessorundan və nVidia Tesla M2090 kartından istifadə edilir və bununla da sistem hibrid konfiqurasiyaya malikdir.
Superkompüterin bəyan edilən məhsuldarlıq səviyyəsi 802 teraflopsa (saniyədə trilyon əməliyyat) çatır, Kompulenta yazır.
Xtreme-X-dən müxtəlif elmi hesablamalar, eləcə də perspektivdə qrafik prosessorlar (GPU) əsasında yeni nəsil vahid hesablama texnologiyasında tətbiqini tapa biləcək müasir texnologiyaların yoxlanılması üçün sınaq meydançası üçün istifadə etmək planlaşdırılır.