İstanbul məhkəməsi “Avea”nın “Turkcell”in “4 çeker” temalı reklamına “ilişdiyi” qənaətinə gələrək ciplə olan aşağıdakı reklamını dayandırıb.


Qeyd edək ki, “Turkcell” “Avea”nın bu reklamı üçün 3 fevral tarixində “haqsız rəqabətə yol açan yanıldıcı və pisləyici mesajları olan, müştərilərin çaşdırılması və aldadılması məqsədli” olduğunu əsas gətirərək məhkəməyə müraciət etmişdi.


Məhkəmə “Turkcell”in müraciətini və gətirdiyi əsasları haqlı hesab edərək Hüquq Məhkəmələri Qanununun 389-cu maddəsinə görə reklamların internet, radio, televiziya, qəzet və hər tip məcradakı yayımlarını 7 fevral 2012-ci il tarixindən etibarən dayandırılmasına qərar verdi.








Maraqlıdır ki, reklamın qadağan olunmasından sonra da dinc durmayan AVEA alternativ və yenə məzəli bir reklamla cavab verib. Reklamdakı mesaj isə "nə edirsiniz edin mesajını alan almışdır" olub. Həmin reklamı aşağıda Sizinlə paylaşırıq.