Azərbaycanda “3G” xidmətinin bir neçə aydır istifadəyə verilməsinə baxmayaraq, artıq 2 milyondan çox istifadəçisi var. Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.


Onun sözlərinə görə, çox az müddət içərisində respublikada bu xidmətlərdən yararlanan istifadəçilərin sayı artmaqdadır. İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin çoxu qeyri-dövlət rabitə müəssisələrinin payına düşür.


“3G” mobil rabitə xidmətləri üzrə özəl operatorlara lisenziyaların verilməsi, internet xidmətləri üzrə tariflərin son illər ərzində dəfələrlə aşağı düşməsi, genişzolaqlı internetin çəkisinin sürətlə artması, regionlarda provayderlərin fəaliyyəti üçün əlverişli şəraitin yaradılması bu bazarda rəqabət şəraitini yaxşılaşdırmaqla yanaşı, provayderlərin istifadəçilərə göstərdiyi xidmətlərin keyfiyyətinin artırılmasına xidmət edir.