FAKESTIVAL (Festival of Fake Advertising and Concepts) feyklərin və konsepsiyaların qəbul olunduğu ilk beynəlxalq reklam və dizayn festivalıdır. FAKESTIVAL tədbiri real sifarişçiyə malik olmayanlara ideyalar vermək və gənc peşəkarları dəstəkləmək üçün nəzərdə tutulub.



FAKESTIVAL-ın sayəsində artıq bir neçə layihə öz sifarişçilərini tapmışdır və artıq onların gənc müəllifləri peşəkar mühitdə hesab olunurlar. İşləri təhlil etmək üçün münsiflər heyətinə öz sahəsində mütəxəssis olan, “Cannes Lions” və digər nüfuzlu mükafatların sahibləri dəvət olunur.



Onlar Rusiya və Avropanın aparıcı agentliklərinin rəhbərləridir. Beynəlxalq FAKESTIVAL (Festival of Fake Advertising and Concepts ) festivalı bu il 1 Aprel 2014-cü il tarixində start götürür. Bu il FAKESTIVAL tədbiri online şəkildə fakestival.ru ünvanında keçiriləcək.



Qeyd etmək istərdik ki, Facemark.az saytı bu ilki "Festival of Fake Advertising and Concepts" festivalının da media partnyoru oldu.