Avqust ayının 15-i Beynəlxalq Reklam Festivalı olan “Red Apple” üçün işlərin qəbulunun son günüdür. Artıq bir həftədən də az zaman qalıb. Xatırladaq ki, Avqustun 1-i festivalın idarə heyəti işlərin qəbulunu Avqustun 15-dək uzatmışdı. Bir daha xatırladırıq ki, DEADLINE 15 Avqustda keçiriləcəkdir.



Festival haqqında bir az daha məlumat verək:



Qısa siyahı festival günü açıqlanacaq. Təhsil proqramı Sentyabr ayının 18 və 19-da “Digital October”da baş tutacaq. Qaliblərin adları isə Sentyabrın 19-da “Icon Hall”da mükafatlandırma mərasimi zamanı açıqlanacaq. Artıq 26 ölkədən olan təşkilatlar Red Apple 2014-də iştirak edir. İştirakçılar arasından 180 təşkilat və 1000 iş var.



Rusiya, Ukrayna, Belarusiya, Litva, Qazaxıstan, Almaniya, BƏƏ, İngiltərə, Yaponiya, İrlandiya, Avstraliya, Çin, İtaliya, Tayland, İsveçrə, Fransa, Pakistan, Belçika, İspaniya, Portuqaliya, Sinqapur, Malayziya, Özbəkistan, Filippin, Hollandiya, Yeni Zelandiya. Siz də dünya sənaye liderləri tərəfindən qiymətləndiriləcək olan beynəlxalq yaradıcılıq mübarizəsində iştirak etmək imkanını qaçırmayın.