Massaçuset Universitetinin (Amerika) mühəndisləri formaları reproduksiya etmək üçün robotlaşdırılmış sistemin yaradılması haqqında məlumat veriblər. Yeni sistem özündə üçölçülü çapın ekzotik formasını əks etdirir.


İnstitutun Distributed Robotics Lab laboratoriyasında müxtəlif obyektlərin formalarını təkrar edən yeni sistem haqqında material dərc olunub. Mütəxəssislər onu “ağıllı qum” və ya “robotlaşdırılmış daşlar” adlandırırlar. Robotlar verilmiş obyektin formasını təkrar edə bilən ayrı-ayrı blokların birləşməsindən ibarətdir.

cybersecurity.ru saytının məlumatına görə,robotlaşdırılmış daşlar”ın əsas xüsusiyyəti ondan ibarətdir ki, onlar obyektə müxtəlif tərəflərdən “baxaraq” onu hər 3 ölçüdə təsvir edə bilirlər. Robotun bölmələrinin hər birində olan sadə prosessor təmasda olduğu digər “daşlarla” qarşılıqlı təsir yaradır. Robotlar siqnallar vasitəsilə təkrar olunan obyektin formasının təsviri məqsədilə xəbərləşərək bir-birilə mübadilə edirlər.

Robotun prototipi hər biri 1 sm uzunluğunda olan 10 kubikdən ibarətdir. Sistemin daxilində prosessor və kommunikasiya vasitəsindən başqa kiçik elektromaqnit də yerləşir ki, bu da yığılma zamanı kubiklərə bir-birini cəzb edərək tutub saxlamağa imkan verir. Gələcəkdə Massaçuset Universitetində obyektin daha dəqiq təsviri məqsədilə çox kiçik ölçülü daşların istehsalı nəzərdə tutulur.