Marketing Festival Avropada keçirilən illik digital marketing tədbiridir. Festival Sizə öz sahəsində yüksək mütəxəssislərin təqdimatında lazımlı informasiyanı ötürmək niyyətindədir. Tədbirdə marketoloqlar, PPC mütəxəssislər və veb analitiklər iştirak edəcək.



Sözügedən tədbirdə mütəxəssislər tərəfindən hazırlanmış seminarlar unikal konsepsiya əsasında mühazirələr və təkrarolunmaz festival atmosferi olacaq. Ən yaxşını öyrənmək istəyirsinizsə “Marketing Festivalı”nı qaçırmayın! Festival Janacek Teatrı, Brno şəhərində 31 Oktyabr – 2 Noyabradək üç gün ərzində davam edəcək.



Xatırladaqki, Facemark.az saytı bu ildən “Marketing Festival”ının media partnyorudur və bu ilki festivalda nümayəndə olaraq iştirak edəcəkdir.