Cristal Festival Fransa, Kurşeveldə (Courchevel) keçirilən illik festivaldır. Bu il 16-20 Dekabr tarixlərində keçiriləcək olan festival artıq 14-cü dəfədir ki, yeni yarışlarının Prezidentlərini hörmətlə təqdim edir. İşləri qeydiyyatdan keçirmək üçün son tarix 7 Noyabr 2014-cü ildir.



2001-ci ildən etibarən yaranan “Cristal Festival” reklam və komunikasiya sahəsindən olan profesionalları Kurşevel (Courchevel, Fransa Alpları), Livan, Afrika və Brazilya kimi xariqüladə məkanlarda toplayır. 35 ölkədən 2000-dən çox iştirakçısı ilə Cristal tədbirləri hər il möhtəşəm netvörkinq imkanı təklif edir.



Xatırladaq ki, Facemark.az saytı bu ildən “Cristal Festival”ın media partnyorudur və bu ilki festivalda nümayəndə ilə iştirak edəcəkdir.