Eurobest Avropa Kreativlik Festivalı Sizlərə öyrənmə və ilhamalma imkanları təqdim edir. Bu il “Eurobest Avropa Kreativlik Festivalı” Dekabr ayının 1-3 tarixlərində, Finlaniyada, Helsinki şəhərində keçiriləcəkdir.



Festivalda Avropanın müxtəlif fikirli liderləri və sənaye innovatorları tərəfindən proqram və sesiyaları idarə edəcək debatlar aparılacaq. Eurobest Discovery innavativ iş nümunələri ilə bütün maraqları ətrafında cəmləşdirməyə çalışacaq.



HSBC, Razorfish və MNSTR və BBDO Moskva və Articul Media tərəfindən təqdimatlar ediləcəkdir. Dekabr ayının 1-dən 3 gün ərzində “Finlandia Hall” aralarında Finlandiya sənayesinin əfsanasi olan, Moomin Characters-in icraçı direktoru Roleff Krakstromun da olduğu yüksək profilli spikerlərə ev sahibliyi edəcək. Bu kreativ düşünmə üçün qiymətsiz bir imkandır.



Qeyd etmək istərdik ki, Facemark.az saytı bu ildə “Eurobest Festival of Creativity”nin media dəstəkçisi oldu.