Lenovo və Google “Motorola Mobility”nin satın alma müqaviləsinin rəsmi olaraq tamamlandığını bildirib. Bu razılaşma “Motorola”nın tərkibində olan yeni nəsil ağıllı telefonlardan Moto X, Moto G, Moto E və DROID ™ silsilələri ilə “Lenovo”nu dünyanın üçüncü böyük ağıllı telefon istehsalçısı mövqeyinə gətirdi.


 


“Motorola”nın idarəsi “Chicago”dan reallaşacaq. Sazişin bağlanması ilə Lenovo, 2.800 Amerikada olmaq üzrə təxminən 3.500 nəfərlik dizayn, mühəndis, satış və texniki dəstək şöbəsindən ibarət bir şirkəti tərkibinə qatmış olacaq. Lenovo CEO-su və İdarə heyəti Başçısı Yang Yuanqing isə mövzu ilə əlaqədar olaraq "Lenovo və Motorola tarixində yeni bir dövr başlatdıq. Birlikdə qlobal ağıllı telefon bazarını böyütməyə hazırıq" şərhini verib.