cümə axşamı, 27 yanvar 2022

Aprel ayında saytların sayı təxminən 677 milyon təşkil edib

2583

“Netcraf” şirkətinin dərc etdiyi “April 2012 Web Server Survey”hesabatı aprel ayında İnternetdə işlək vəziyyətdə olan veb-saytların sayını əks etdirir. 

Şirkətin hesablamalarına görə, aprel ayında İnternetdə 676 919 707 sayt fəaliyyət göstərib ki, bu da 1 ay əvvələ nisbətən 5,1% çoxdur. 

www.securitylab.ru saytının məlumatına görə, veb-serverlər arasında aprel ayına olan ən yüksək göstərici Apache-də qeydə alınmışdır. Bu server cari ayda host xidməti bazasını 22,8 milyon artırmaqla bazarda payını 65,5%-ə çatdırmışdır. İkinci yeri 1 ay əvvələ nisbətən 4,5 milyon artan və ümumi host bazası təxminən 70 milyona yaxın olan Nginx serveri tutur. Microsoft-un bazar payında kiçik itki müşahidə olunsa da, Microsoft IIS bazasında olan hostların ümumi sayı mart ayı ilə müqayisədə 3,5 milyon artmışdır. 

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik