3D printerləri cinayətkarların marağına səbəb olub. Belə ki, bu qurğu bir çox əşyaların, məsələn, ev və ya maşın açarının surətini çıxarmağa imkan verir. Alman klubunun (Sportsfreunde Der Sperrtechnik) iştirakçılarından biri 3D printeri əsasında holland polisinin qandalını “sındıra bilən” açar hazırlayıb. O, polisin cibindən asılmış açarın foto şəkli əsasında lazım olan bütün ölçüləri də əldə edib.


Fırıldaqçılar həmçinin bankomatlar üçün orijinalı təkrar edən saxta klaviaturanın (skimminq qurğusu) hazırlanması məqsədilə 3D printerlərindən istifadəyə başlayıblar. Saxta klaviaturanın altında PİN-kodu yadda saxlayan qurğu “gizlənir”. “Computerworld” jurnalının məlumatına görə, iyun ayında Texas ştatında (Amerika) 3D printerlərini alan skimmerlər qrupunu ələ keçirmişlər. Ötən il isə i.Materialise onlayn xidməti skimmer qurğusu üçün sifariş almış, lakin onu rədd etmişdir.