2015-ci ilin Fevral ayında “Apple Watch” ağıllı saatı satışa gələcək. Devays funksionallığına görə çox qeyri-adidir, lakin qiyməti (350 dollar) potensial alıcıların sayını məhdudlaşdırır.


 


Bir çox insanları maraqlandıran sual “bu cihaza tələbat olacaqmı?” ABŞ, Böyük Britaniya, İtaliya və Çində keçirilən sorğuya görə “Apple Watch”ı hər onuncu “iPhone” sahibi mütləq almaq istəyir.


 


Qeyd edək ki, bu sorğu 4000 insan arasında keçirilib. Onların 17%-i fikirləşir. Respondentlərin 37%-i isə “Samsung Gear” almaq fikirindədir. ABŞ istisna olmaqla, sorğu keçirilmiş bütün ölkələrin hər birində, bu saatın potensial alıcılarının sayı “Apple Watch”dan üstündür.