Son dövrün ən məşhur fotoşəkil tətbiqlərindən biri olan “Instagram”, özündən daha əvvəl qurulan və milyonlara çatan “Twitter”i istifadəçi sayı baxımından geridə qoyub.


 


“Twitter”in aylıq aktiv istifadəçi sayı 284 milyondur. “Instagram”ın öz tətbiqində paylaşdığı şəkildə, aylıq istifadəçi sayının 300 milyonu  aşdığı qeyd edilib. Proqram üzərindən gündə 70 milyondan çox fotoşəkil paylaşılır.


 


“Instagram” üzərindən orta hesabla bəyənilən fotoşəkillərin sayı 2,5 milyardı keçir. “Instagram” Mart ayından bu yana aylıq aktiv istifadəçi sayını 100 milyondan çox artırıb.