“Lamborghini” brendinin qurucusu sayılan Ferruccio Lamborghininin oğlu Tonino Lamborghininin qurduğu şirkət, mobil sahədə də fəaliyyət göstərir. Avtomobil markası olan “Lamborghini” ilə bağı olmasa da, “88 taurin” üzərində ailəyə aid “Lamborghini” adını istifadə edir.


 


“88 taurin” model telefonu ilə əlaqədar bəlkə də deyilməsi lazım olan ilk şey, bu telefonun qiymətinin 6000 dollar olmasıdır. “Lamborghini 88 taurin”, fərqli görünüşü ilə də diqqət çəkir.


 


Dizayn baxımdan, alışdığımız ağıllı telefon modellərindən bir az fərqlidir və dizaynı ilə diqqətləri üzərinə çəkməyi bacarır. Android əməliyyat sistemli olan 88 taurin 5 düymlük ölçüyə malik bir ekrana sahibdir. Prosessor olaraq 2.3 GHzlik dörd nüvəli Qualcomm 801 istifadə edən telefon 3 GB RAM-a sahibdir. “Lamborghini 88 Tauri”nin tutumu isə 32 GB-dır. “Lamborghini 88 Tauri”nin təqdim etdiyi bu xüsusiyyətləri bazarda 500 dollar ətrafında satılan bir telefon da eynilə təqdim edir.


 


Lakin “88 Tauri”ni digərlərindən fərqləndirən bəzi xüsusiyyətlər var. Telefonun bu qədər bahalı olması onun xarici görünüşü ilə də əlaqədardır. “88 taurin” təmiz dəridən hazırlanan arxa üzə sahibdir. Bununla birlikdə telefonun yan və arxa səthinə mövqeləndirilən poladdan olan lövhələr mövcuddur. “88 Tauri”ni bahalı edən bir başqa xüsusiyyət isə bu telefondan dünya üzərində yalnız 1947 ədəd istehsal olunması olacaqdır. Bu istehsal sayının səbəbi isə Tonino Lamborghininin 1947-ci ildə doğulmasından qaynaqlanır.