Britaniya xərçəng tədqiqatları mərkəzi (Canetdiser Research UK) uşaqlarda siqaret qutusunun hansı təəsüratları yaratdığını ifadə edən reklam çarxı çəkib.


Reklam çarxı Böyük Britaniyada siqaret paketləri üzərində marka ləğvi üçün vəsatət imzalanmasını dəstəkləyir.


Əvvəlcə çarxda uşaqların nə haqqında danışdıqları göstərilmir, ancaq sonda uşaqların müxtəlif siqaret qutularını əllərində saxladıqları məlum olur. Brendlər arasında Malboro və Pall Mall-u da görmək olar. Uşaqlar siqaret qutuları haqqında danışırlar: “qutuların rəngi onların sevdiyi rəngdir”, “çoxluğun içində seçilir”, “qutuların gülməli dizaynı var”, hətta bir oğlan deyir ki, “qutu ilə oynamaq əla olardı, çünki onda özünü xoşbəxt hiss edirsən”.


Kampaniyanın sloqanı: “siqaret qutusu üzərindən brendin ləğvi heç kimi siqaret çəkməməyə məcbur etməyəcək, ancaq uşaqlarda başlamaq üçün bir səbəb az olacaq”.


Aprel ayının 17-də Böyük Britaniyada, siqaret qutularının üzərində brendin ləğvi ilə məşvərətçi proses başlandı və iyun ayının 10-na qədər davam etdi. Yerli Səhiyyə Nazirliyi bütün tütün brendlərinin eyni paketlərdə satılması barədə qanun layihəsinin hazırlanmasını nəzərdən keçirir. Qutuların üzərində siqaretin zərəri və onun nəticələrini əks etdirən təsvirlərdən başqa heç bir qanuniləşdirilmə olmayacaq.


Hal-hazırda brendin ləğvi yalnız Avstraliyada qəbul olunub və o 2012-ci ilin dekabrında qanuni qüvvəyə minəcək.