2015-ci ilin 24-27 Sentyabr tarixində Gürcüstanın ürəyi olan Batumidə yeni beynəlxalq reklam festivalı olan AdBlackSea baş tutacaq.4 gün davam edəcək festivalda reklamçılar seminarlarda öz təcrübələrini bölüşəcək, boş vaxtlarında dəniz kənarı gəzintilər keçirəcək, üzgüçülük, ekskursiyalar, iştirakçılarla ünsiyyət qujracaq və təbii ki, festivalın son günü ən yaxşı işlər mükafatlandırılacaq. İyul ayının 1-dək, festival iştirakçıları üçün xüsusi şərait yaradılacaq.



Bu yeni beynəlxalq reklam festivalı bütün iştirakçıları güclü, qeyri-adi və original qərarlar həyata keçirmək və həvəsləndirmək məqsədi daşıyır. Festival Gürcüstan, Ukrayna, Rusiya, Türkiyə, Rumıniya, Bolqarıstandan həmçinin Baltik ölkələri, Qazaxıstan, Moldova, Ermənistan, Azərbaycan, Avropa və Asiyanın digər ölkələrindən olan yaradıcıları və reklam agentliklərinin təqdimatçılarını bir araya gətirir. Gələcəyə doğru yönlənmiş festival video, dizayn və ideya olmaqla üç elementə əsaslanır. Məhz bu yönlənmə ilə festivalın konkurs proqramı qurulacaq.



Xatırladaq ki, Facemark.az saytı "AdBlackSea" festivalının media partnyoru oldu.