Bəzən fikirlərin aydın izah edilməsi məsəllər kifayətdir. Ozun müddət bundan öncə bir birinə yaxın dayanan iki mağazadan birinə günün yalnız 2-ci yarısı adamların daxil olduğunu müəyyən etdik. Magaza dostumun idi. Axşam 9-a qədər satıcı işləyirdi. Axşam 9-dan gecə 3-ə qədər isə özü idarə edirdi. Maraqlısı bu idi ki, mağazanın qeydiyyat jurnalı 9-a qədər demək olar ki boş idi. "Dərin marketinq araşdırmaları nəticəsində" :) məlum oldu ki, sən demə satıcı xanım Açıqdır / Bağlıdır nişanı müvafiq qaydada çevirməyi unudurmuş.



Mağazanın gündüz də işlədiyini göstərmək bayır hissəsinə içərisində bəzi məhsullar olan rəf də qoyduq. Beləliklə, vəziyyət yavaş yavaş dəyişməyə başladı. Elə bu zaman "Bostana ən yaxşı gübrə bağbanın ayaq izidir" məsələni yadima saldım. Tələbə idim. 5 ulduzlu otellərin birində Banketing Barmen işləyirdim. Meyvə şirələri limitsiz təqdim ediləndə və qonaq sayı 300-ün üzərinə çıxanda vaxtın və sürətin dəyərini anlamaq mümkün olurdu. Otelin müəyyən standartları və tələbləri var. Siz bir qonağa və 300 qonağa eyni standart üzərindən xidmət göstərməlisiniz.





Meyvə şirələrinin qablaşması yadınızdadırmı? Ağzını açırsınız və süzürsünüz. Ancaq süzdüyünüz zaman qutunun forması səbəbindən qabdan maye sıçrayışla çıxır və nəhayət etibari ilə digər stəkanlar, üzəriniz ləkələnir. Evdə isə süfrələr bundan nəsibini alır. Bunun qarşısını almaq bıçaqla qutunun üstündən deşik açırdıq. Yenə eyni qaydada qapağı açır və şirəni daha sürətli, səliqəli şəkildə süzürdük. İaşə obyektlərində qazanılan təcrübə həyat inanılmaz faydalıdır. Yəqin ki, bu barədə ayrıca bloq yazısı yazmaq olar. Müasir qablaşmada isə belə deyil. Düşünürəm qablaşmanın formasının dəyişməsində mənim bilmədiyim məqamlarla yanaşı yuxarıda sadaladığım məsələ də rol oynamışdır.





Yer Open-Pool çalışdığım Mən yəni hava altında hovuz idi. Təbii ki, içiləri nə qədər sərin təqdim etsəniz də günəş istisi sona qədər zövq almanıza imkan vermir. Bunun içki süzüləcək bakalların özləri içərisinə bir miqdar su qoyularaq soyuducularda müəyyən hərarətdə saxlanılırdı. Bu məqam soyudulmamış təqdim edilən digestivlərə aidir. Məsələn, konyak bakalının forması əlin istisini çox qəbul etməsi aşağı hissəsi genişdir. Bu öz növbəsində içinin qoxusunun daha çox yayılmasına imkan verir. Tam əks nümunə şompan şərabı ilə bağlıdır. Bakalın nazik uzun olması əl ilə təması azladmaq üçündür. Bir qayda olaraq bu şərab soyuq içilir. Hər birimiz aliminum qablaşdırmada içilərdən və konservlərdən istifadə edirik. Bu mövzu balanğıcını 50-ci illərin Amerikasında goturub. İlk qabların açılması üçün müxtəlif vasitələrdən, ən azından bıçaqdan istifadəni tələb edirdi. Bu tip qablaşdırma özünə məxsus təkamül dövrü keçmişdir. 80-ci illərdə aparılan araşdırma müxtəlif səbəblərdən (əlin kəsilməsi, qabaq hissənin uşaqların zərərli oyuncağına çevrilməsi kimi) istehlakçıların məhz asan açıq tipli ablaşdırmaya üstünlük verdiklərini göstərmişdir.





Başqa bir nümunə yaponların qarpız yetişdirməsidir. Bu ölkə bizim kimi təbii resurslarla o qədər də zəngin deyil. Necə deyərlər, hər bir qarpız dəyərlidir :) Daşınma və saxlanma prosesini sadələşdirmək məqsədilə Yaponlar xüsusi qəliplərdən istifadə edərək kvadrat qarpızların satışını həyata keçirillər. Təbii ki, bu öz növbəsində məhsul itigisini minimallaşdırır. Bu tətbiqdən sonra qarpız yalnız yeməli meyvə deyil artıq. Bu gün yaponlar qarpızın tez yetişən, dadı və rəngi olmayan növünü dekorativ bitki kimi də satırlar. Artıq qarpız başqa bir seqmentə də daxil olub. Bəli qarpız!





Təbii ki, nümunələr çoxdur və saysızdır. Əlqərəz! Təfsilatlar önəmlidir. Bütün işlərdə, bütün fəaliyyətlərdə önəmlidir. Almanlar demişkən, "İblis təfsilatlarda gizlənir".