Daha bir müsabiqənin sonuna gəldik. Bu gün aprel və may ayının kreaktiv gündəmini formalaşdıran müsabiqənin finalı Monolit Plazada baş tutacaq və ən kreaktiv gənclər həmin görüşdə iştirak edəcəklər. Final öncəsi müsabiqənin münsiflər heyətinin fikirlərini almağı da unutmadıq. Xatırladaq ki, Kreaktiv müsabiqəsi Azərbaycandan başqa digər avropa ölkələrində də böyük marağa sahib oldu. Demək olar ki, Azərbaycanda ilk dəfə Creative society, Sancho BBDO, Young&Rubicam kimi nəhəngləri də müsabiqəyə cəlb edə bilib. Facemark da bildiyiniz kimi müsabiqənin marketinq və informasiya dəstəyini göstərib. “KreAktiv”in yekununda müsabiqənin münsiflər heyətinə gördükləri işlərin nəticələrini qiymətləndirmək məqsədi ilə aşağıdakı suallarla müraciət etdik.






  • Bu müsabiqələr cəmiyyətə nə verir?

Sarvan Qədirov- KOKON:


Bu gün cəmiyyətimizdə kreativ insanlar çox azdır. Gənclərin payı bu sırada azlıq təşkil etsə də, onlar var. Belə gəncləri tapıb üzə çıxarmaq isə çətin işdir. Məhz “KreAktiv” kimi müsabiqələr bizə lazım olan həmin gəncləri axtarıb tapmağa şərait yaradır.


Samir Hüseynov- KOKON:


Təbii ki, bu tip yarışmaların olmağı bizlərə gənc və kreativ insanları tapmağa kömək edir. Heç kimə sirr deyil ki, Bakıda bu baxımdan problemlər yaşanır.


Martin Nino Goldberg- YoungandRubicam (Argentina):


Yeni düşüncə tərzinin inkişafı və yaranması üçün bu tipli müsabiqələr əvəz olunmazdır.


Hugo Corredor-BBDO (Kolumbiya):


Fikrimcə, ölkədə kreativ düşüncənin inkişafı üçün bu kimi təşəbbüs alqışlanmalıdır.


Orxan Aslanov- KOKON:


Belə müsabiqələrin olmağı gənclərə çox yardımçı olur. Nəzərə alsaq ki, zaman keçir, hər şey dəyişir, fikirlər və düşüncələr də yenilənir, o zaman bu cür müsabiqələr gənclərin özlərini ifadə etməsinə şərait yaradır, onları lazımsız işlərdən ayırır. Ən əsası onlara stimul verir.


Rəşad Camal- KSM Azərbaycan:


Yenilik hər zaman gözəldir və önə atılan bir addımdır. Bu da o deməkdir ki, “KreAktiv” i həyata keçirməklə biz və cəmiyyətimiz önə bir addım da atmış olduq. Belə müsabiqələr cəmiyyətimizdə olan kreativ, bacarıqlı və hər zaman ehtiyac duyulan gəncləri üzə çıxartmağa yardımçı olur. Necə deyərlər, papaq altında yatan “oğlanları” tapıb üzə çıxardır. Bundan əlavə “KreAktiv” Avropanı da əhatə etməklə gənclərimizin geniş marağına səbəb oldu. Bu, onlar üçün yaradılmış çox böyük şansdır. “KreAktiv” qeyri-peşəkar gənclər və peşəkar mütəxəssislər, qeyri-peşəkar gənclər və şirkətlər, qeyri-peşəkar gənclər və avropalı kreativ mütəxəssislər və agentliklər arasında bir körpü oldu və bunun davamını da gözləyirik.



  • Təqdim olunan işlər sizi qane etdimi?


Sarvan Qədirov- KOKON:


İşlər pis deyildi. Lakin iştirakçılar vəözlərini bu sahədə görən gənclər çoxlu işləməli və oxumalıdırlar. O zaman hər şey yaxşı olacaq.


Samir Hüseynov- KOKON:


Nəzərə alsaq ki, bu qeyri-peşəkarların iştirak etdiyi ilk yarışmadır, demək olar ki, hər şey o qədər də pis deyildi. Maraqlı fikirlər və ideyalar var idi.


Martin Nino Goldberg- YoungandRubicam (Argentina):


Nəzərə alsaq ki, bu işlər mütəxəssislər tərəfindən göndərilməmişdir, demək olar ki, hə,qane etdi.


Hugo Corredor-BBDO (Kolumbiya):


Mən maraqlı işlər gördüm, ancaq iştirakçılar öz işlərində daha çox məna yerləşdirməli və onları kateqoriyalara görə düzgün bölməli idilər. Çəkilmiş loqolar nə reklam, nə də illüstrasiyalara uyğun gəlmirdi.


Orxan Aslanov- KOKON:


Nəzərə alsaq ki müsbiqə qeyri peşəkarlar arasında keçirilib, demək olar ki qane etdi.


Rəşad Camal- KSM Azərbaycan:


Qeyri-peşəkəkarlığı nəzərə alsaq, razı qaldım, lakin daha da yaxşı ola bilərdi və bütün cəhdlərimiz bunun üçündür.



  • Hansı sahə üzrə daha çox işlər görmək istəyərdiniz?


Sarvan Qədirov- KOKON:


Ən çox video çarxlar üzrə işlər görmək istəyərdim. Amma çox təəssüfki, belə iş görmədim.


Samir Hüseynov- KOKON:


Yəqin, mənim rəssam olmağımdan irəli gəlir ki, mən daha çox illüstrativ qrafik dizayn brendinqini görmək istəyərdim.


Martin Nino Goldberg- YoungandRubicam (Argentina):


Ön planda ola biləcək işlər görmək istərdim.


Hugo Corredor-BBDO (Kolumbiya):


Daha strateji planlaşdırma qurmaq lazımdır. Bilmək lazımdır ki, brendlərin insanlar tərəfindən necə qarşılanması bizdən asılıdır və biz bunu mükafat almaq üçün etmirik. Mükafat yaxşı işin nəticəsidir. Reklam festivallarında külli miqdarda iş görmək olar ki, onların heç bir mənası və ya strategiyası olmasın. Uşaqlar və xanımlara yönlənmiş bir sıra konseptual və ağıllı reklamların heç bir mənası olmur. Onlar münsiflər heyətini heyrətləndirmək və təəccübləndirməkdən başqa heç bir şeyə qadir deyillər.


Orxan Aslanov- KOKON:


Hər kreativ iş sahəsindən asılı olmayaraq alqışa layiqdir . Yəqin sahəm foto olduğundan bu sahə üzrə kreativ işlər görmək istiyərdim.


Rəşad Camal- KSM Azərbaycan:


Daha çox maraqlı və mənalı video çarxlar görmək istiyərdim.



* İştirakçılara sözünüz..




Sarvan Qədirov- KOKON:


Əgər öz sevdiyiniz sahə üzrə uğur qazanmaq istəyirsinizsə, işləyərkən yalnız pulu fikirləşməyin, öz işiniz və onun keyfiyyəti barədə düşünün. O zaman pul özü sizi tapacaq. Kütlə pulun arxasınca qaçır. İrəli getmək üçünsə kütlədən fərqlənmək lazımdır.


Samir Hüseynov- KOKON:


Onlara iştirakları üçün dərin təşəkkürümü bildirirəm.


Martin Nino Goldberg- YoungandRubicam (Argentina):


Bu sözlər artıq şablona çevrilib, ancaq xəyallarınızın və ehtirasın arxasınca gedin. Və bacaqrdığınız qədər çox, yaxşı və keyfiyyətli reklama baxın.


Hugo Corredor-BBDO (Kolumbiya):


Reklam 100 metrə məsafəyə qaçış deyil, bu bir marafondur. Bu mübarizə, ehtiras və düşüncənin düzgün istiqamətə yönləndirilməsidir. Əgər bunu tez atsanız, siz heç nə qazanmayacaqsınız.


Orxan Aslanov- KOKON:


Onlara deyilənləri yox, ürəklərindən keçənləri etsinlər. Stereotiplərə uymasınlar. Hər birinə uğurlar arzu edirəm.


Rəşad Camal- KSM Azərbaycan:


Düzgün hesab etdikləri yolu yürüməyə davam etsinlər, öz yaradıcılıqlarını heç nəyə dəyişməsinlər. Yaradıcılıq alınmaz və satılmaz bir dəyərdir. Müsabiqələr, yarışmalar bundan sonra da olacaq, siz isə dəyərinizi qoruyun. O zaman sizi axtarıb tapacaqlar, çünki cəmiyyətimizdə kreativ gənclərə həqiqətən də ehtiyac duyulur. Bugünün kreativ gəncləri, çox işlədikləri və inkişaf etdikləri halda sabahın peşəkar kadrlarıdır.