MMC 2015 UNİLEAD və APPODEAL şirkətlərinin birgə dəstəyi ilə 17 Sentyabr 2015-ci ildə Moskvada keçiriləcək. Tədbirdə mobil reklam və onun vasitəsilə brendin tanıdılması haqqında keyslər müzakirə ediləcək. "MMC 2015"də Sizinlə öz təcrübələrini Марк Тен (Sports.ru), Надежда Бабиян (GetIntent), Степан Соловьёв (Appodeal Россия), Стас Тушинский (Unisound), Ольга Глебанова (Ozon), Никита Кошолкин (Empatika и App in the Air), Даниил Шулейко (Яндекс.Такси), Виктория Ветчинкина (Media Today), Виталий Герко (OTM Russia), Сергей Коновалов (Mobio) və digərləri bölüşəcək.



Həmçinin spikerlər arasında Add in App, Aviasales, ВКонтакте, OneTwoTrip, Grape, Marvelous, LinguaLeo, iProspect, Opera Mediaworks, Viber, Alpina Digital, Appfollow, ЛитРес, Zvooq, iVengo Mobile, Mobisharks, ARTOX media və digər nüfuzlu şirkətlərin nümayəndələri olacaq. Konfransın əsas prinsipi "Az danışmaq, çox işləmək" olmaqla bütün diqqət təcrübəyə yönələcək. 1000 nəfər yaxın professional mütəxəssislər mobil marketinq mövzusunda öz təcrübələrindən keysləri paylaşacaqlar. "MMC 2015" iki hissəli olacaq. İlk hissədə mütəxəssislər öz təcrübələrini, kreativ ideyalarını bölüşəcəklər. 2-ci hissə qeyri-rəsmi hissə olacaq. Moskvanın gözəl gecə görünüşü və xoş musiqi sədaları altında tədbir ünsiyyət meydanına çevriləcək. Marketinq Azərbaycan üzvləri və Facemark kollektivi üçün 3 nəfər pulsuz digər hamıya qiymətə 30% endirim ediləcək. Daha ətraflı bu linkdə məlumat ala bilərsiniz. http://mmc.innospace.ru/.