Google şirkəti faktlar və axtarış obyektləri arasında qarşılıqlı əlaqəni nəzərə alan Knowledge Graph semantik aləti vasitəsilə axtarışın sürətini və oxşarlığını təkmilləşdirmək niyyətindədir. Sistem sorğunun mənasını başa düşməyə çalışacaq ki, bu da göstərilən nəticələr siyahısına təkcə saytlara istinadları deyil, həm də istifadəçini maraqlandıran mövzuya dair birbaşa cavabı və əlavə informasiyanı daxil etməyə imkan verəcək.


RİA Novosti-nin məlumatına görə, Knowledge Graph-ın köməyi ilə Google əsas sözləri müəyyənləşdirməklə yanaşı axtarışa verilən sorğunun mənasını da anlayacaq və onun barədə informasiyanı Google-un müxtəlif obyektlər, məsələn – insanlar, yerlər, əşyalar, filmlər, incəsənət əsərləri və s. haqqında bilgilərin saxlandığı məlumat bazasında axtaracaq.
Hazırda Google-un məlumat bazasında 500 milyondan çox obyekt, eləcə də 3,5 milyarddan çox fakt və onlar arasında qarşılıqlı əlaqəyə dair informasiya toplanıb.
Məsələn, “Tac Mahal” sorğusunun Hindistanın arxitektura abidəsi, yaxud “Qremmi” mükafatı alan musiqiçi, Atlantik-Siti kazinosu, hətta evin yaxınlığında yerləşən Hindistan restoranları ilə bağlılığı ola bilər.
Google əvvəllər belə sorğuya kontenti “Tac Mahal”-ın əsas sözlərinə yaxın olan daha çox populyar internet səhifələrinə bir yığın istinad verirdisə, hazırda istifadəçinin ayrıca bölmədə onu maraqlandıran konkret obyektə aid axtarışın nəticələrinə baxmaq imkanı var.