Necə fikirləşirsiniz yaradıcı reklam sənayesində təhsil həqiqətən lazımlıdırmı? Yəni yaxşı kopirayter və ya kreativ olmaq üçün təhsil vacibdirmi? Və sualın ikinci hissəsi kreativliyi sonradan öyrənmək mümkündürmü ya bu genlərlərdən gələn bir qabiliyyətdir?



Bəli kreativlik yalnızca genlərdə olan bir qabiliyyət deyil, amma eyni zamanda bacarıqlar və bilik öyrənilə bilinəndir və öyrəniləndir. Amma deyərdim ki, bu müqayisə 40-60% genlərin xeyrinədir. Kreativlik başlıca olaraq öyrədilə bilinən deyil amma mədəniyyətin vizual, şifahi və emosional mədəniyyətə qatqıda bulunun bir çox sahələri var ki, öyrənilə bilər. Marketinq təhsili reklam sahəsində işləyənlər və kopirayterlər üçün əvəzolunmazdır.



2. Cənab Nagy, yeni yaradılmış brendin brendmeneceri kimi ilk gün atılacaq addımlar hansılardır?



İlk öncə baxmaq lazımdır ki, rəqiblərimiz varmı, varsa onların güclü tərəfləri nələrdir və onlarla necə rəqabət edə bilərik. Mən öz məhsulumu gələcək istifadəçilərin baxış bucağından da incələyərdim. Niyə kimsə mənim məhsulumu almalıdır? Bu mənim brend menecer kimi özümdən soruşacağım ən vacib sual olardı və şirkərin bu sualına cavab verənə qədər mən məhsulu bazara təqdim etməzdim.



3. Marketinq bilirik ki, təcrübi elmdir. Ali məktəblərdə tədris edilən marketinqlə, iş dünyasında qarşılaşdığımız marketinq arasında kəskin fərqlərin olması normaldırmı?



Müəyyən qədər bu normaldır. Bizim heç zaman təcrübədən keçirmədiyimiz şeylər haqqında çox məlumatlı olmağımız çox lazımlıdır. Bu elmi biliklər bizə iş prosesində digər məsələləri anlamağımızda dolayı yolla da olsa kömək edir. Bundan əlavə biz məsələnin məğzini, bütövlükdə prosesi anlamalı, eyni zamanda müəyyən bir elm sahəsinin lüğətini, məntiqini və şərtlərini öyrənməliyik. Amma mən anladım sizin sualınızı . Bəli, sizinlə razıyam ki, universitetlər çox zaman işin nəzəriyyə tərəfini öyrədir və tez-tez onlar marketinq dünyasında çox sürətlə dəyişən yenilikləri izləyə bilmir. Fikrimcə marketinq yalnızca daha öncədən sahədə azı 10 il işləmiş peşəkarlar tərəfindən tədris olunmalıdır.



4. Hər şey ölçülə bilmir və əsaslandırıla bilmir. Bunu qəbul edir hamı. Bu ilkin şərtin işığında Marketinq menecerlər intuisiyalarından irəli gələrək nəsə marketinq aktivliyinə qərar verə bilərmi? Yoxsa intuisiyadan irəli gəlib qərar vermək yalnız şirkət rəhbərliyinə aid məsələdir? Marketinq şöbəsinin ekspertizasına güvənən rəhbərlik bəlkə intuitiv əsaslı qərar verməyi də marketerlərə həvalə etməlidir? Çünki normalda marketinqi marketerlər rəhbərdən daha yaxşı hiss etməlidir. Belə olanda bəlkə intuitiv yanaşma meydanı da daha geniş olmalıdır marketerlərdə?



Ölçümlərdə çox ciddi olmaq, tez-tez pis idarə olunan kampaniyalara səbəb olur. Marketing müəyyən qədər incə sənət olduğundan, incəsənət intuisiya, instinct və münasibətlərdə emosiyaya ehtiyac duyur. Məhz bu səbəbdən empati, başqalarının duyğularını anlamaq və istehlakçını doğru anlamaq marketinqdə uğurun açarıdır. Əgər CEO və marketinq peşəkarını müqayisə etsək, ilki daha rasional olmalıdır. Fikrimcə şirkətin maliyyə dayanıqlılığı əsasən CEO-nun məsuliyyətindədir. Marketer isə yeni yanaşmalara açıq olmalı və daha çox risk etməyi bacarmalıdır. Xüsusən də onun bunu öyrəndiyini və CEO-dan marketinq sahəsində daha çox təcrübəyə malik olmalı olduğunu nəzərə alanda. Marketer yeni alternativlər meydana çıxartmalı və hətta şəxsi intusiyasına güvənərək qərar verməlidir.



Balint Nagy: Ümid edirəm ki, suallara cavab verə bildim və cavablar camiənizi qane edəcək. Yeni layihənizdə komandanıza uğurlar!