bazar ertəsi, 18 oktyabr 2021

Google Analytics 360 Suite nədir?


Pərviz Əzimov


1313

Google 15 mart 2016-cı il tarixində özünün Analytics bloqunda yeni “Google Analytics 360 Suite” sistemi haqqında məlumat dərc edib. Yeni sistem əvvəlkinə nisbətən reklamverənlərə və ya sahibkarlara daha geniş imkanlar tanıdır. Belə ki, reklamçılar üçün daha geniş imkanlar tanıyan bu sistem müştərilər haqqında əvvəlki analitik platformalara nəzərən daha çox informasiya əldə etməyə, bu məlumatlar əsasında özəl hədəf kütləsi yaramağa imkan yaradır. Bu haqda yazının digər bölümündə daha detaylı məlumat veriləcək.

Keçək “Google Analytics 360 Suite”in işləmə mexanizminin bazisini təşkil edən platformalara. Sistem 4-ü yeni, 2-i köhnə olmaqla 6 platformanın ineqrasiyası nəticəsində fəaliyyət göstərəcək. Öncədən mövcud olan və “Google Analytics 360 Suite”-ə inteqrasiya olunan platformalar GA Premium kimi tanınan “Google Analytics 360” və Adometry kimi tanınan “Google Attribution 360” platformalarıdır. GA Premium bu vaxta qədər reklamların çatımlılıq dəyərini artmağa imkan verirdi. Yeni sistemdə ise GA Premium müştərilərin məlumat bazasını analiz etmək imkanını da özündə daşıyır.


Adometry platforması yeni sistemdə reklam verənlərin etdikləri yatırımlar və büdcələri arasındakı əlaqəni analiz edərək daha güvənli büdcə yaratmağa yardımçı olacaq. Bunu aktivləşdirəndən sonra kanallar, cihazlar və sistemlər arasındakı nəticə olduqca detallı şəkildə analiz edilə bilər.
Yeni yaradılan və “Google Analytics 360 Suite” sisteminə inteqrasiya edilən 4 platforma isə aşağıdakılardır:

Google Audience Center 360 (beta) – Böyük bir məlumat bazasını özündə birləşdirən bu platforma vasitəsi ilə reklam başladarkən müştərilərin yaradılan reklama hansı cihaz və hansı kanaldan daha çox qoşulduğunu incələmək mümkün olacaq. Platforma həmçinin “DoubleClick” sisteminin “Google Analytics 360 Suite” sisteminə inetqrasiya olunması nəticəsində üçüncü tərəfin də məlumat bazasını incələmək gücünə malikdir.

Google Optimize 360 (beta) – Bu sistem vasitəsi ilə reklamverən onu başlatmazdan əvvəl həm başqa web saytlarda, həm də istərsə öz saytında reklamın nasıl göründüyünü görə bilir. Bu məlumatlar əsasında düzgün analizlər etməklə reklamlardan daha effektiv geridönüş olmaq mümkünləşir.

Google Data Studio 360 (beta) – Qarşılıqlı məlumatları bir paneldə göstərən bu platforma ilə bütün “Suite” platformalarının məlumat bazalarını bir – biriləri ilə paylaşamasına imkan yaradır. Platforma istənilən zaman məlumat bazaları üzərində Google alətlər vasitəsi ilə əməkdaşlıq etmək mümkün olur.

Google Tag Manager 360 – Yarlıq (tag) yönləndirən sistem olan bu platforma yarlıqları daha dərin formada incələyəərk digərləri ilə qarşılıqlı analiz etmək imkanı yaradır. Bu səbəbdən də platforma məlumatların dəqiqliyini artırır və detallı sayt məlumatlarını əldə edə bilir.

“Yuxarıda qeyd edilənləri nəzərə alaraq sadə bir misal göstərmək mümkündür. Məsələn siz ayaqqabı satan bir elektron ticarət saytının reklamçısısınız. Reklamınızın effektivliyini artıqmaq üçün onun görünəcəyi müştəri kütləsini daha dəqiq seçmək fikrindəsinizi. “Google Analytics 360 Suite” sizə imkanlar verəcək ki, seçdiyiniz hədəf kütləsinə daxil olan müştərilərin hansı sahələrlə daha çox maraqlandığını, hansı növ saytlara daha çox girdiyini və s. məlumatları dəqiq analiz edib, daha konkret hədəf kütləsi yaradasınız və bu da sizə reklam üçün xərcləyəcəyiniz büdcəni daha güvənli etmək imkanı tanıyır”.

Dünəndən etibarən istifadəyə verilən və BETA özəlliklər ilə istifadə olunacaq system hələlik ancaq Google Analytics Premium və Adometry müştərilərinin istifadəsi üçün mümkün olacaq.

P.S. “Google Analytics 360 Suite” sisteminin işləmə formasının komputer ekranından görüntüsü yuxarıda fotoda göründüyü kimi olacaq.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik