Hər il, Amsterdam şəhəri The Next Web Conference ev sahibliyi edir. TNW Avropanın ən əhəmiyyətli texnologiya və innovasiya liderlərini bir məkana toplayır. Bu ilki tədbir hələlik ən böyük olmağı söz verir. Tədbirdə texnologiya, mediya, biznes və dizayn dünyasından Casey Neistat (YouTube Star), Gary Vaynerchuck (Vaynermedia), Steve Huffman (Reddit), Werner Vogels (Amazon), Julie Zhuo (Facebook) və Peter Sunde (The Pirate Bay) kimi tanınmış isimlər çıxış edəcəklər. Bura 300 sərgi pavilyonu və 1 həftə boyunca gələcək innovasiya və kommunikasiyalar haqqında olan rəqəmsal tədbirləri əlavə etsək niyə 20000 insanın bu il Amsterdamı ziyarət edəcəyini anlayacaqsınız. The Next Web konfransı bu il 26-27 May tarixlərində Amsterdam şəhərində keçiriləcəkdir.



Xatırladaq ki, Facemark.az "The Next Web Conference" tədbirinin rəsmi media partnyoru oldu.