Rəqəmsal iş və mədəniyyət jurnalı "Digital Age" tərəfindən bu il 10-cu dəfə təşkil ediləcək Digital Age Summit rəqəmsal dünyanın gələcək 10 ilinə həsr olunacaq. 11-12 may tarixlərində "Four Seasons Bosphorus İstanbul"da reallaşacaq fəaliyyətə Rori Du Boff, Glen Gilmore, Michael Stewart, Robin Raven və Navid Hadzaad kimi dünyaca məşhurlar qatılacaq. Digital Age jurnalının 10-cu dəfə təşkil etdiyi Digital Age Summit, bu il yenə Türkiyə və dünyadan rəqəmsal sektora istiqamət vermiş spikerləri qonaq edəcək.



Rəqəmsal dünyanın gələcək 10 ilinə həsr olunan sammitdə, "Next10" mövzusunda insanların həyatlarını kökdən dəyişə biləcək rəqəmsal inkişaflar müzakirə ediləcək.



Rəqəmsal dünyanın gələcək on ilini şərh edəcək məruzəçilər arasında Havas Media Group Global sədri Rori Du Boff, Sosial Media rəhbərləri və Rəqəmsal Marketinq stratejisti Glen Gilmore, Lucid şirkətləri qurucusu və prezidenti Micheal Stewart və s. olacaq.



Proqram və məruzəçilər haqqında daha ətraflı məlumat yaxın günlərdə paylaşılacaq.



Digital Age Summit 2016 qatılmaq üçün http://digitalagesummit.com/katilim/ ünvanını ziyarət edə bilərsiniz.



Xatırladaq ki, "Facemark.az" saytı "Digital Age Summit"in media partnyorudur