25 İyun tarixində Bakcell Arena ilin ən böyük gənclər layihəsi - IB Gənclər Festivalına ev sahibliyi edəcək. 10.000-dən çox gənci əhatə edən festivalda çoxlu sayda məşhur simaların qatılımı ilə bərabər, müxtəlif ifaçılar çıxış edəcəklər. 8-10 saat davam edəcək festivalda çoxlu sayda məşhur simanın qatılımı, müğənni, aktyorların çıxışları ilə bərabər, gənclərin əyləncəsi üçün şirkətlər tərəfindən oyun mərkəzləri də fəaliyyət göstərəcək.



İlin ən böyük gənclər layihəsinin təşkilatçısı qismində IB Club Gənclərin inkişaf mərkəzi və Neftçi Peşəkar Futbol klubu çıxış edirlər. Asan Könüllüləri təşkilatı, YAP Gənclər birliyi festivalın təşkilati dəstəyi, Brandup kreativ tərəfdaş, Facemark, 4M Academy, Azxeber.com, Azərbaycan Universitetləri, edu-map.org, LIB və WOT isə tərəfdaşıdırlar.



Festivalda iştirak üçün IB Gənclər Festivalının rəsmi saytına daxil olaraq online qeydiyyatı tamamlamaq lazımdır. Biletlər ödənişsizdir.



Festivalda yerinizi ayırmaq üçün: www.ibgenclerfestivali.az