Milli Marketinq Forumu təqdirəlayiq idi. Çəkilən zəhmət və istək öz nəticəsini verdi deyə düşünürəm. Əllərinə və əməklərinə sağlıq təşkilatçıların deyib əsas məsələyə keçirəm.



Baku2015 zamanı Tədbir Xidmətlərinə rəhbərlik edən xarici dostlarımızla aramızda keçən maraqlı dialoqu xatırlayıram. “Olimpiya oyunlarına qədər bizdə də vəziyyət sizdəki kimi idi. Afinanın və digər şəhərlərin küçələrində elə bir təsəvvür yaranırdı ki, sankı bu ölkədə heç kimin sağlamlıq məhdudiyyəti yoxdur. Əslində isə bu insanlar evləridən bayıra çıxa bilmirlər. Oyunlar bərabərində standartlar gətirməklə yanaşı həm də əlilliyin dərki mövzusu da insanların həyatına daxil oldu. Sizin ölkədə də bu baş verəcək. Sadəcə zaman lazımdır.“



Şirkətlərimizdə Əliliyin Dərki və müvafiq mövzularda əməkdaşların təlimatlandırılmaması hələ də qalmaqdadır. Bəzi şirkətlər müəyyən addımlar atırlar. Lakin bunların yetərli olmadığını düşünürəm. Ötən il Bank of Baku tərəfindən təşkil olunan “Məhdudiyyətlərə Meydan Oxuyaq” adlı təlimin təşkili təqdirə layiqdir. Lakin bir qaranquşla bahar olmaz.



Hardan başlayaq deyirsiniz?



Müştərilərlə təmas nöqtələri müyəssər olmalıdır. Müəssisənizin qapısınınz ağzından başlayaq. Sizin müəssisəyə daxil olmaq üçün hamı qapıdan istifadə edir. Qapıya qədər isə pilləkəndən istifadə ediləcək. Bu sağlamlıq məhdudiyyəti olmayan insanlar üçün əngəl deyil. Bəs əlil arabası sürücüsü?



Təmas nöqlərərinə kökşlər daxildirsə onların müyəssərliyi diqqətə alınmalıdır. Əks təqdirdə ya əlil vətəndaş başqa birinin köməyindən istifadə etmək məcburiyyətində qalır, ya sizin əməkdaşınız onunla uzaq məsafədən aidiyyatı olmayan insanların da eşidəcəyi şəkildə danışır. Elektron köşklərin və ATM-lərin yerləşdirilməsində də bu isifadə rahatlığı gətirəcək məqamlar diqqətə alınmalıdır.






Hal hazırda yalnız liftlərdə o da necə deyərlər “dəm-dəm” rast gəldiyimiz Brayl əlifbası müəssisənizin bütün düymələrində olmaldır. Yalnız lift deyil, elekron köşklər, klaviatura və s.






Ayaq yolu. Bəli ayaqyolu! Ölkəmizdə bununla bağlı hər hansı standartla rastlaşmamışam. Ola bilsin ki, mən yaxşı maraqlanmayım. Amma ayaq yollarınız müyəssərdimi? Şəkildəki nümunələr Sizdə aydın təsəvvürlər yarada bilər. Bunların həyata keçirilməsi yüksək xərclərlə başa gəlmir. Hətta Bakıda yerləşən 5 ulduzlu otellərin heç də hamısının müyəssər olmadığını bilirdinizmi?





Əgər binanın infrastrukturunda ciddi dəyişiklər etmək məcburiyyətinizdəsinizsə sizi anlayıram. Bu bir az qəliz məsələdir. Daha doğrusu çox xərcli ola bilər. Lakin bir çox şirkətlərin dövriyyələri və gəlirlərini kənardan müşahidə etməklə irəli sürdükəri arqumentləri çox “moronik” görürəm.



Personalınız müyəssərdimi? Vacib məqamlardan biri də düzgün ünsiyətdir. Burda xüsusi ünsiyyət texnikalarına ehtiyyac yoxdur. Necə deyərlər sadəcə “vnimatelni” olmaq lazımdır. Əlbətdə bu mövzuda təlimlər keçirilməlidir. Lakin başlanğıc üçün bəzi qızıl qaydaları sizinlə paylaşa bilərəm.


1. Onların Sizin köməyinizə ehtiyyacları yoxdur, lakin kömək emək istəyirsinizsə ilk öncə bunu təklif edin.


2. Onlar da digər insanlar kimi bu cəmiyyətin tam hüquqlu üzvləridirlər, onlara marslı kimi baxmaq lazım deyil. Sizdən fərqləri sadəcə fiziki oalraq məhdudiyytələ yaşamalarıdır.


3. Əlil olmaları onlara hər hansı imtiyaz vermir, növbədə önə cəkmək və bu kimi davranışlar yersizdir.


4. Əlilliyə yox, insana fokslanmaq lazımdır, heç kim xoşbəxtlikdən əlil olmur və heç kim bundan sığortalanmayıb.


5. Müşayət edənə yox, əlillə xitab etmək lazımdır. Çox rastlaşdığımız haldır. Bu ən azı mədəniyyətsizlidkir.


6. Müşayət edən heyvanları (Bu adətən xüsusi təlim görmüş itlər olur, lakin bizim realığımızda buna rast gəlinmir) qıcıqlandıracaq davranışlar etməmək lazımdır.


7. Əlil şəxsin arabası, digər dəsəkləyici vasitələr və ümumiyyətlə onların əşyaları ilə ehtiyyalı davaranmaq lazımdır.


8. Düzgüz leksikona sahib olmaq. Bu çox vacibdir. Bu məqamda heç kimi günahlandıra bilməyəcəm. Mən özüm də belə məqamlarda diqqəli olmağa çalışıram. Məsələn, çox işlədilən “Fiziki qüsurlu” sözünü lüğəinizdən çıxarın. Və ya hərəkət məhdudiyyətli, görmə məhdudiyyətli, eşitmə məhdudiyyətli kimi sözləri lüğətinizə daxil edin.



Əlil insanların da sizin kimi sərbəst hərəkət etmələrini təmin edəcək və xüsusi, fövqəl xidmətin təklif edilmədən müəssisəniz daxilində vaxt keçirmələrini təmin etmək Sizin borcunuzdur.



Lenin sözü olmasın “Inqilab öncə beyinlərdə baş tutacaq”. Məsələ burasındadır ki, Əlillik heç zaman trend ola bilməz. Ancaq düşüncələrdə baş verən dəyişiklik kifayət qədər təqdir toplaya bilər. İnklusiz fəaliyyətə keçmək müəssisələr üçün uzun müddətli gəlir təmin edəcək. Əlbətdə bu uzun yazını bura qədər oxuyan oldusa



Məsələnin insani və hüquqi tərəflərini bir kənara qoyub ən azından biznes tərəflərini düşünməyə nə deyirsiniz? Mənim müşahdələrim onu göstərir ki, əlil insanlar məhdudiyyətlərinə rəğmən daha aktiv həyat tərzi keçirməyə meyillidirlər. Ölkəmizdə əlilliyi olan insanların sayı 540 000 nəfərdir. Bütün məhdudiyyətlərə rəğmən həyat dolu olan bu insanlar Sizin loyal müştəriləriniz ola bilərlər. Rəqəmlər demişkən, Statistika Komitəsinin saytından götürdüyüm bəzi rəqəmləri sizinlə paylaşmaq istərdim:





Görünən kəndə bələdçi lazım deyil məncə. Təkcə bu ilin əvvəlində 18 yaş və yuxarı 27 000 adam ilk dəfə əlillik dərəcəsi alıb. Mən bu rəqəmləri ciddiyə almağı tövsiyyə edirəm.



Xaricdə və bizdə isə Baku2015 zamanı Accesible Shopping dediyimiz əməliyyatlar aparılırdı. Xülasəsi isə belədir. Obyektin müəssərliyi əlil vətəndaşlar və bu sahədə mütəxəssis olan adamlar tərəfindən yoxlanılır və rəy bildirilir. Bunun nəticəsidir ki, Sovet dövründə tikilən obyektlərin daxilində müəyyən dəyişikliklər edildi və belə demək mümkünsə müəssərləşdirildi. Bu yaxınlarda 17 Mart Baku2015 könüllüləri üçün Novruz bayramı tədbirin təşkilatçılarından biri idim. Könüllülərdən ibarət Protokol qrupu yaradıldı və həmin könülüllər fiziki məhdudiyyəti olan insanları müşayət edirdilər. Görüntülərə baxmanızı tövsiyyə edirəm. Bu insanlardakı həyat eşqinə heyranam.




Əlbətdə deyə bilərsiniz ki, asfalt çəkib sonra söküb boru salıb, sonra yenidən asfalt çəkmək kimi adət ənənəyə sahib olan məmləkətdə nəyi qoyub nəyi axtarırsan? Sizinlə razı deyiləm.



Azərbaycan Respublikasının Konstitusiyası Maddə 40. Mədəniyyət hüququ - I. Hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüququ vardır.



Sual olunur ölkəmizdə hansı teatrda müyəssərlik meyarları gözlənilib? Mən heç birində rast gəlməmişəm. Bu siyahını digər dövlət qurumları və özəl müəssisələrin adlarını qeyd eməklə sonsuz uzatmaq olar. Bunlar bir yana az qala ölümə çarə tapacaqcasına fəaliyyət göstərən müasir tibb müəssisələrində belə müyəssərlik əlamətləri gözlənilmir. Forum zamanı Cinema Plus-un nümyəndəsinə ünvanlanan sual tam yerində idi. Düzünü deyim verdiyi cavabdakı səmimiyyətə heç bir şübhəm yoxdur. Ancaq mən ümid edirəm ki, qısa zamanda fəaliyyət planlarına 28 Mall-un da müyəssərləşdirilməsi daxil ediləcək.



Yeri gəlmişkən İmran Cəfərzadə yadınızdadırmı? Bu videoya baxıb insan həyatının yalnız onun iradəsinə deyil həm də onu əhatə edən mühitə bağlı olduğunun şahidi ola bilərsiniz. “Vnimatelni” qalmanız ümidi ilə.