17 İyun tarixində Yeni Azərbaycan Partiyasının Binəqədi və Yasamal rayon təşkilatlarında IB Gənclər Festivalının təqdimatı baş tutmuşdur. Təqdimat çərçivəsində YAP Gənclər Birliyinin nümayəndəsi Aliyə Ağrılı və YAP Binəqədi Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə Festivalın indiyə qədər ölkə miqyasında baş tutan ən böyük gənclər tədbiri olduğunu vurğulayıb və bütün YAP gənclərini Festivalın 11001 gəncindən biri olmağa çağırıblar.



Ölkədə aparılan və şəxsən cənab Prezidentin diqqət mərkəzində olan gənclər siyasətinin uğurla icra olunduğu tədbir iştirakçılarının diqqətinə çatdırıldı. YAP Gənclər Birliyi hər zaman böyük və fərqli layihələrdə təşkilatçı və dəstəkçi kimi çıxış etmişdir. Təsadüfi deyil ki, belə fərqli və ən böyük gənclər tədbirində YAP Gənclər Birliyi təşkilati dəstəkdir. Eyni zamanda IB Gənclər Festivalının layihə rəhbəri Kəmaləddin Nəzərli Festival haqqında da YAP gənclərinə ətraflı məlumat vermişdir. Layihədə çıxış edəcək məşhurlar, proqram haqqında ətraflı məlumat tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Təqdimatlardan dərhal sonra Festivalda iştirak etmək istəyən gənclər dəvətnamələrini əldə ediblər.



Günün ikinci yarısı IB Gənclər Festivalının təqdimatı Yasamal rayon YAP təşkilatında baş tutub. Təqdimatda həmçinin YAP Yasamal rayon təşkilatının sədr müavini Tağı Əhmədov və Gənclər Birliyinin sədri Bəxtiyar Nəbiyev iştirak etmişdir. Natiqlər ölkədə gənclərə yaradılan geniş imkanlardan söz açmış və belə bir layihələrin təşkilində cənab Prezindentin qayğısını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. IB Gənclər Festivalının bir ilk olduğunu diqqətə çatdıran rəsmilər dəvətnamə götürənlər siyahısında adını ilk yazdıranlardan olmuşdur.



Xatırladaq ki, 25 İyun tarixində baş tutacaq IB Gənclər festivalında ölkənin məşhur simalarının və məşhur ifaçıların çıxışları, gənclər üçün müxtəlif hədiyyələr və təkliflər, ilk dəfə olaraq 11001 gəncin bir arada oxuyacağı xor və digər maraqlı əyləncə və aktivliklər gözləyir. IB Gənclər Festivalı 15:00-da Bakcell Arenada baş tutacaq.



Dəvətnamə əldə etmək üçün IB Club baş ofisinə (Caspian Business Center, 5-ci mərtəbə) və ya 1 saylı Asan Xidmət mərkəzinə yaxınlaşa bilərsiniz.



Daha ətraflı: http:



//ibgenclerfestivali.az/



https://www.facebook.com/IB.gencler.festivali/?fref=ts