AdBlackSea 2016 Beynəlxalq Reklam Festivalı müsabiqə işlərinin qəbuluna start verir. Bu ilki festival Gürcüstanın Batumi şəhərində sentyabrın 22-25-də keçiriləcək. Təşkilatçıların sözlərinə görə, AdBlackSea festivalı ən temperamentli və qonaqpərvər adına iddialıdır. Festival Qara dəniz regionu ölkələri, eləcədə Avropa və Asiyanın digər ölkələrindən olan ən yaradıcı ideyaları bir araya gətirəcək. Müsabiqə işlərinin qəbulu 30 iyul 2016 ildə başa çatır.



AdBlaskSea festivalı iştirakçıları yeni ideyalara ilhamlandırmaq, eləcə də reklam sənayesində ən yaxşıları seçmək məqsədini daşıyır. Bu platforma həmkarlarla görüşmək, yeni gələcək partnyorlarla tanış olmaq, köhnə dostlarla üz-üzə reklam peşəsinin bütün gözəlliyini və mürəkkəbliyi müzakirə etmək imkanı yaradır.



Bu il AdBlaskSea 2016 müsabiqə proqramı genişlənərək, 7 konkursdan ibarətdir:



  • FILM & RADIO
  • PRINT & POSTERS
  • FILM & RADIO CRAFT
  • DESIGN & BRANDING
  • DIGITAL & MOBILE
  • MEDIA
  • ADVERTISING CAMPAIGNS


Festivalın münsiflər heyətinə reklam sahəsində dünyanın aparıcı ekspertləri, çoxsaylı beynəlxalq münsif strukturlarının iştirakçıları və beynəlxalq müsabiqələrin, o cümlədən CannesLions-ın qalibləri daxildir.



AdBlaskSea 2016 iştirakçılarının müsabiqə işlərini 6 tərkib münsiflər qiymətləndirəcək:



  • CREATIVE JURY
  • FILM & RADIO CRAFT JURY
  • DESIGN JURY
  • DIGITAL JURY
  • MEDIA JURY
  • ADVERTISING CAMPAIGNS JURY


22-25 sentyabrda Batumidə keçiriləcək AdBlaskSea 2016 proqramının çox maraqlı və zəngin olması ehtimal edilir. Master klas və seminarlarla zəngin tədris proqramları, müsabiqə işlərinin göstərilməsi və s., günəşli Batumiya ekskursiyalı mədəniyyət və axşam proqramları. İştirakçıların boş vaxtlarında dənizdə dincəlmək, dadlı xaçapuri dadmaq, bir neçə fincan türk qəhvəsi içmək və əlbəttə ki, çoxlu ətirli şərab növü olan şərab zirzəmisinə enmək imkanı olacaq.



Festival sentyabrın 25-də keçiriləcək AdBlackSea 2016 qaliblərinin mükafatlandırma mərasimi ilə bitəcək. Belə tədbirdə mükafat və hədiyyələrlə geri qayıtmaq çox xoş olardı.



Batumidə keçirilən ilk AdBlaskSea 2015 festivalında iştirak edən hər kəs yəqin bu zəngin proqramı xatırlayır. Həmin proqramla buradan tanış ola bilərsiniz.



20% endirimlə müsabiqə işlərinin erkən dedlaynı – 30 iyul 2016



Festivala işlərin qəbulu və akkreditasiyası – 31 avqust 2016



Festivalda iştirak və tərəfdaşlıqla bağlı bütün məsələlərdə Təşkilat Komitəsinə müraciət edin:


0038 (044) 490-90-30, project@vrk.org.ua- Olqa Podqorski.



Bu gözəl hadisənin bir hissəsi olmaq və ya onu kənardan izləməyi siz qərar verin.



Batumidə Qara dəniz sahilində görüşmək ümidi ilə...



Qeyd edək ki, "Facemark.az" saytı "AdBlackSea 2016"nın media partnyorudur