Sosial media və rəqəmsal marketinq fəndləri və məsləhətləri konfransı yerli və xarici mütəxəssisləri bir araya gətirən və biznes netvörking imkanı verən bir günlük unikal platformadır. Tədbirdə yerli və xarici öndə gedən mütəxəssislər hal-hazırki trendlər, metodlar və keyslər haqqında praktiki məsləhətlərini və təcrübələrini bölüşürlər.



Sosial medianın hər bir biznesin danılmaz bir hissəsi olduğu bir dönəmdə yaşadığımızdan mütəxəssislər gündəlikilərinin bir parçası olaraq rəqəmsal marketinq həlləri üçün araşdırmalar edirlər.



Tədbirin əsas mövzuları:



- Sosial media və kommersiya


- Məzmun marketinqi


- Rəqəmsal marketing


- SEO strategiyası


- Snapchat, İnstagram və Facebook marketinqi


- Mobil və video marketinq


- Brendstrategiyası


- ROİ



Tədbirdə ABŞ, Avropa və BƏƏ-dən peşəkar mütəxəssislər çıxış edəcəklər: Greg Jarboe–SEO-PR (ABŞ) prezidenti və həmtəsisçisi, Jace Vernon –Yink and Ydraw (ABŞ) CEO və Video Marketinq mütəxəssisi, Lukasz Zelezny–uSwitch.com (Birləşmiş Krallıq), Alexander Novicov–IQ Digital Agency (Birləşmiş Krallıq) Rəqəmsal marketinq direktoru, Nico de Corato- DubaiBlog (BƏƏ) – təsisçi və s.



20-dən çox ölkədən, rəqəmsal marketinq və sosial media üzrə 250-dən çox mütəxəssis tədbirdə iştirak edəcək.



Ətraflı məlumat üçün, tədbirin veb səhifəsinə baxın


http://smdm-dubai.com/


+971568290743


info@smdm-dubai.com



Qeyd edək ki, "Facemark.az" saytı bu tədbirin media partnyorudur.