Dövlət Statistika Komitəsindən AzərTAc-a bildiriblər ki, hər nəfərə ÜDM istehsalı 3 min 827,2 manat (4 min 840,3 ABŞ dolları) təşkil edib.

Bu dövrdə sənaye sahələrində 18,3 milyard manatlıq, yaxud ÜDM-in 52,8 faizi qədər, kənd təsərrüfatında 2,3 milyard manatlıq (6,6 faiz), tikinti kompleksində 2,6 milyard manatlıq (7,5 faiz), nəqliyyatda 2 milyard manatlıq (5,7 faiz), ticarət və pullu xidmətdə 2,9 milyard manatlıq (8,5 faiz), rabitədə 599,4 milyon manatlıq (1,7 faiz), digər sahələrdə 3,8 milyard manatlıq və ya ÜDM-in 11 faizi qədər əlavə dəyər yaradılıb.

ÜDM-in 6,2 faizini, yaxud 2,2 milyard manatını, subsidiyalar istisna olmaqla məhsula və idxala xalis vergilər təşkil edib.

Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 8,2 faiz artmış, neft sektorunda isə 7 faiz azalıb.