AdBlackSea 2016 Beynəlxalq reklam festivalın təşkilat komitəsi Advertisingcampaigns müsabiqəsinin münsiflər heyətini təqdim edib. Münsif komandasına başçılığı 28 Kann aslanının mükafatçısı, McCannBucharest şirkətinin icraçı kreativ direktoru - Katalin Dobre rəhbərlik edəcək.



Katalin Dobre reklam sənayesində 15 ildən çoxdur ki, çalışır. Bir neçə il əvvəl o, CannesLions-da iki Grand Pri və Rumıniya şokolad markası ROM ilə işinə görə TitaniumLion qazanmışdı. Bu gün onun 28 CannesLions mükafatı var. Bundan əlavə Katalin D & AD YellowPencil, Eurobest Grand Pri və Cresta, eləcə də ən böyük reklam festivalların çoxlu qızıl, gümüş və bürünc mükafatlarını qazanıb. O, D&AD, Clio, Eurobest, GoldenDrum, NYFestivals, WOWDONEAWARDS və s. kimi bir çox festivallarda münsif olaraq çıxış etmişdir.



Münsiflər heyətinin təcrübə və coğrafiyası çox müxtəlifdir: çoxsayli beynəlxalq müsabiqələrin qalibləri Estoniya, Rumıniya, Sloveniya, İsrail, Bolqarıstan, Gürcüstan və Ukraynadan olan mütəxəssislər.



Advertisingcampaigns nümayəndələri:



  • Sədr – KatalinDobre, McCannBucharest şirkətinin icraçı kreativ direktoru, Rumıniya
  • Janez Rakušek – Luna \ TBWA icraçı yaradıcı direktoru, Sloveniya
  • Shimi Hamias – Activation and Innovation Leader, MediaCom Tel Aviv,İsrail
  • Magnus Lužkov – CEO təsisçisi, Optimist, Estoniya
  • ToshkaIvanova – yaradıcı direktor , Reforma, Bolqarıstan
  • Eka Kipiani – yaradıcı direktor, JWT Metro, Gürcüstan
  • AlekseyDemin – yaradıcı direktor, MullenLoweAdventa, Ukrayna


Festival 22-23 sentyabr 2016 tarixində Batumidə keçiriləcək. Müxtəlif təcrübə və çoxsaylı mükafatlar sahibi olan beynəlxalq münsif üzvləri Qara dəniz sahilində toplaşaraq, işləri qiymətləndirib qalibləri müəyyən edəcək. İşlərin qiymətləndirilməsi zamanı əsas meyarlar – orijinallıq/yenilik və onun həyata keçirilməsi keyfiyyəti olacaq.



Xatırladaq ki, AdBlackSea 2016 festivalının dedlaynına cəmi üç həftə qalıb. 31 avqust qeydiyyatın son günüdür, ona görə də iştirakçılardan işlərini qeydiyyatdan keçirməyə tələsməyi tövsiyyə edirik.



Festivalda iştirak və tərəfdaşlıqla bağlı bütün məsələlərdə Təşkilat Komitəsinə müraciət edin: +38(044) 490-90-30, festival@vrk.org.ua (Yekaterina Qrabovskaya), project@vrk.org.ua (Olqa Podqorskaya).



Batumidə, Qara dəniz sahilində görüşənədək!



Xatırladaq ki, "Facemark.az" saytı "AdBlackSea 2016"nın media partnyorudur