Google-un istifadəçilərinə sürprizi heç bitmir.



Qış fəslinə xüsusi olaraq Google-nin yeni proqramı görənləri heyran edir.


Google-la daxil olduğunuz zaman və“let it snow” cümləsini axtardığınız zaman bir neçə saniyə gözləməniz kifayətdir. Bundan sonra isə, Google-də yağan qarı həvəslə izləyə bilərsiniz. Yağan qarı ekranınızdakı oxla birlikdə silməniz də mümkündür.



Bundan başqa, Google əvvəllər də buna bənzər bir proqram hazırlamışdı. Google.com-a daxil olduğunuz zaman “do a barrel roll” cümləsini axtardığınızda ekranın 360 dərəcə dönəcəyini görəcəksiniz.



Google-də digər əyləncəli axtarış isə “Google Gravity” yazıb “Özümü şanslı hiss edirəm” butonuna basmanızdır. Bunu etdikdə dünyanın başınıza yıxılacağınız hiss edəcəksiniz. Avtomatik axtarışı aktiv olan insanlar isə axtarış nəticəsi ilk çıxan web saytına girmələri yetərli olacaqdır.



Sonda isə, Google-də “askew” sözünü axtara bilərsiniz. Bu sözü axtardığınız təqdirdə ekranın düz bir şəkildə durmadığını görə bilərsiniz. Amma narahat olmayın! Başqa səhifəyə daxil olduğunuz zaman ekran düzələcək.