Sevdiyiniz brendlər sosial şəbəkələrdə “özünü necə aparır”?



Bank of Baku, Araz Supermarketlər Şәbәkәsi, IDEAL, mobil operatorlar (Azercell, Bakcell, Nar – hәr üçü) hazırda sosial şәbәkәlәrdә, özü dә bir yox bir neçә sosial şәbәkәdә aktiv şәkildә fәaliyyәt göstәrirlәr. Bәzi tanınmış vә bir çox orta brendlәr isә hәlә dә “online dünyanın” nәlәrә qadir olduğuna bәlәd deyillәr. Buna görә dә ya rәqәmsal dünyadan tamamilә uzaqdırlar, ya da Facebook’da sәhifә açdırıb mühasibә/resepşna (!) tapşırırlar ki, arada nәsә paylaş.



Bәs görәsәn sosial mediada aktiv olmaq tәkcә Araz’a, Ideal’a vә Nar’amı vacibdir? Xeyr, əksinə! Sosial media böyük və orta bizneslərdən daha çox kiçik bizneslərə lazımdır (faydalıdır). Əvvəllər IDEAL TV’də reklam verirdi, şəhərin ən yaxşı 10 yerində bilborda reklamını yerləşdirirdi. Kiçik parfüm biznesləri isə adıçəkilən reklam kanallarında IDEAL’la heç vaxt rəqabət apara bilməzdi. Amma indi hansısa kiçik bir parfüm mağazasının Facebook’da paylaşdığı bir foto və ya video qısa zamanda yüzminlərlə insana çata bilir. Mağazanın o effekti alması üçün bəzən 5-10 manat reklam xərci (loru dildə yox ha, həqiqətən 5-10 AZN arası) kifayət edir (Sevindir.az‘ın paylaşdığı bu video cəmi 5 dollar xərclənməklə 100 784 nəfərə çatmışdı). Bəzən isə ümumiyyətlə reklama pul xərcləmədən paylaşımı yüzminlərə çatdırmaq olur. Deməli, bu, kiçik və orta bizneslər üçün inanılmaz fürsətlər yaradır.



İnternet marketinqin brendlərə hansı faydaları verdiyi barədə yazmayacam, çünki bloqer Samir Kəmirov bir neçə gün öncə bu mövzuda gözəl bir araşdırma hazırlamışdı. Həmin araşdırmanı oxuyanda sosial medianın brendlər üçün necə dəyərli olduğu anlaşılır.



Britaniyanın “McCallum Layton” Agentliyinin “Sosial Media və onun brendlər üçün önəmi” adlı hesabatında (sentyabr, 2015) bildirilir ki, rəyi soruşulan istifadəçilərin brendlərin sosial media fəaliyyəti haqda TOP 5 fikirləri aşağıdakı kimi olub:



  • Güclü sosial media fəaliyyəti olan brendlər istifadəçilərini daha yaxşı tanıyır,
  • Brendin sosial media fəaliyyəti o brendin “ruhunu”, fərqliliyini anlamağıma yardım edir,
  • Güclü sosial media fəaliyyəti olan brendlər təklif və iradlara daha açıqdırlar,
  • Brendlərin paylaşımları və istifadçilərin o haqda şərhləri mənim alış-veriş planlarıma təsir edir,
  • Sosial mediada aktiv olan brendlər daha səmimi görsənir.

Agentliyin açıqladığı digər maraqlı statistika isə istifadəçilərin brendlərin Facebook səhifələrini niyə izləməkdən imtina etdikləri barədədir.



Brendlərin Facebook səhifələrini “dislike”/”unflollow” etdirən əsas səbəblər:


  • Tez-tez paylaşım etmələri (rəyi soruşulanların 52%’i)
  • Maraqsız paylaşımlar (44%)
  • Təklifləri cəlbedici deyil (22%)
  • Təklifləri gec-gec olur (18%)

Sosial media günümüzdə çox güclü marketinq və PR silahıdır. Fəaliyyət sahəsindən, aylıq dövriyyəsinin həcmindən asılı olmayaraq hər bir brend sosial şəbəkələrdə təmsil olunmalıdır.