çərşənbə, 17 yanvar 2018

Sosial şəbəkələrdə 200 milyon izləyiciyə çatan ilk idmançı – Ronaldo


Orxan Rzayev


348

Fevralın 24-ü Real Madrid klubunun portuqaliyalı ulduzu Kristiano Ronaldo sosial şəbəkələrdə 200 milyon izləyiciyə çatdı. Bu, idmançılar arasında rekorddur. Məşhur Hookit portalı bununl bağlı infoqrafika hazırlayıb. Belə ki, Ronaldonun Facebook, Twitter və Instagram hesablarında olan izləyici (follower) sayı ümumiliklə 200 milyona çatıb.

Futbolçunun Facebook’da 109.7 milyon, Instagram’da 49.6 milyon, Twitter’də isə 40.7 milyon izləyicisi var.

Ronaldo ilə bərabər hazırda dünyanın digər ən yaxşı futbolçusu olan Barselonanın argentinalı ulduzu Messi’nin isə izləyici sayı 120.8 milyondur. Onu da qeyd etmək lazımdı ki, Messinin Twitter hesabı yoxdur.

Maraqlı bir fakt: Ronaldo’nun izləyici sayı Basketball ulduzları LeBron James, Michael Jordan, Kobe Bryant, Kevin Durant və Steph Curry’nin izləyicilərinin toplam sayından (187 milyon) daha çoxdur.

Qeyd etmək lazımdır ki, Real madrid klubu bu il elə də yaxşı nəticələr qazanmasa da, Ronaldo şəxsi statistikasında yaxşı irəliləyir. Davam edən Çempionlar Liqası turnirində bugünədək Ronaldo 12 qol vurub. Müqayisə üçün, Barselonanın MSN’i Messi, Neymar və Suarez birlikdə cəmi bu qədər – 12 qol vurublar.

Ronaldonun izləyiciləri hər gün ortalama 135 min nəfər artır.

Ronaldo sevincini gizlətməyib əlbəttə ki:

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün