Ölkəmizdə ən sürətlə inkişaf edən sosial şəbəkə – Instagram’ın hazırda 700 min istifadəçisi var. Bunun 450 mini kişi, 250 mini qadındır. Yaş nisbətilə baxsaq, 13-15 yaşlarında 26 min, 16-25 yaşlarda 380 min, 26-35 yaşlarda 200 min, 36+ yaşlarda isə 92 min istifadəçi var.



Instagramda şəkil/video paylaşarkən adətən Instagram’ın təklif etdiyi effektlərdən (filterlərdən) istifadə edirik. Gözümüzə hansı yatırsa onu seçirik. Mən adətən “Valencia”, bəsən isə “Reyes”, “Crema”, “X-Pro II” effektlərindən istifadə edirəm. TrackMaven portalının araşdırması isə göstərib ki, bəzi effektlər digərlərinə görə daha effektiv nəticələr verir. Başqa sözlə desək, daha çox “like” və “comment” gətirir. Buna səbəb isə rənglərin (və rəng sintezlərinin) insan psixologiyasına təsiri ilə əlaqədardır. Portal 10 min brendin paylaşdığı 6 milyon post’u araşdırmaqla maraqlı nəticə əldə edib. Bu filterlərdən istifadə etməklə daha yaxşı effekt əldə etmək mümkündür. Xüsusən brendlər reklam xarakterli paylaşımlarında buna daha çox diqqət etməlidir ki, daha yaxşı nəticə əldə edə bilsinlər.



Beləliklə, məşhur portalın araşdırmasına görə ən yaxşı nəticə göstərən 5 Instagram effekti:


1. Hefe – 5.6% daha çox nəticə




2. Lo-fi – 5.2% daha çox nəticə




3. Brannan – 5.1% daha çox nəticə




4. Nahsville – 5.0% daha çox nəticə




5. Kelvin – 4.5% daha çox nəticə