Facebook sosial şəbəkəsi xəbər lentində videokontentin qiymətləndirilməsi alqoritmini dəyişdirməyə qərar verib. Bu barədə şirkətin bloqunda bildirilir. İndi daha çox, istifadəçilərin bu və ya digər çarxa baxma müddətləri nəzərə alınacaq. Facebook-da vurğulayıblar ki, əsas üstünlüyü çarxlara baxış vaxtının göstəricisinə verməyi lazım biliblər.



Bununla belə xəbərdə qeyd edilir ki, yüksək faizlə sona qədər baxılan uzun çarxların daha tez-tez görünməsinə baxmayaraq, istafadəçilərin əksəriyyəti alqoritmin dəyişməsini hiss etməməlidirlər. Eyni zamanda xəbər lentində qısa videolar daha az-az göstəriləcək.



Əlavə edək ki, yeni alqoritm yaxın həftələr ərzində tədricən tətbiq olunacaq.